Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımı haqqında yeni resurs yaradıldı - FOTO/VİDEO

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımı haqqında yeni resurs yaradıldı - FOTO/VİDEO
"Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.khojalytoday.com akademik resurs bazası təqdim edilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə törətdiyi Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılması məqsədilə yaradılan resurs bazasında Xocalı faciəsinə  aid rəsmi sənədlər, beynəlxalq və yerli müəlliflərin akademik yazıları, Xocalı soyqırımı barədə beynəlxalq mediada yayımlanan materiallar, soyqırım şahidlərinin ifadələri toplanıb. Elektron baza tədqiqatçılar, tələbələr və Xocalı haqqında məlumat əldə etmək istəyən müxtəlif şəxslər üçün ümumiləşdirilmiş mənbə rolunu oynayır. 

Sfera.az xəbər verir ki, "Xocalı xarici mediada” bölümündə soyqırımın baş verdiyi dövrdə xarici jurnalistlər tərəfindən qələmə alınan və dünyanın bir çox aparıcı media səhifələrində nəşr edilən xəbərlər yer alıb. 

"Resurs” bölməsində video çarxlar və sənədli filmlərlə yanaşı, Xocalı soyqırımını əhatə edən, beynəlxalq və yerli müəlliflər tərəfindən qələmə alınan akademik kitablar, elmi məqalələr, xarici fotoqraflar tərəfindən lentə alınmış və ermənilərin Xocalıda törətdikləri vəhşilikləri özündə əks etdirən fotolar, hadisəyə dair şahid ifadələri, soyqırımı pisləyən və qarşısının  alınmasına yönələn konvensiya və müqavilələr yer alır. 

Qeyd edək ki, bu günədək bir çox ölkələr Xocalı soyqırımının ermənilər tərəfindən törədildiyini bəyan edən qətnamələr qəbul edib, bir sıra ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirən abidələr qoyulub. www.khojalytoday.com resurs bazasının ‘”Beynəlxalq dəstək” bölməsində məhz buna yer verilmişdir. 

Resurs bazası həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi tərəfləri ilə, ermənilərin 30 ilə yaxın müddətdə işğal dövründə həmin ərazilərdə mədəni irsimizə və təbii sərvətlərimizə qarşı apardıqları vandalizm siyasətinə dair materiallarla tanış olmağa imkan yaradır. 
 




 







OXŞAR XƏBƏRLƏR

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...