Heydər Əliyev Fondu ilə UNİSEF arasında memorandum

Heydər Əliyev Fondu ilə UNİSEF arasında memorandum
Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNİSEF) arasında növbəti Anlaşma Memorandumu imzalanıb.

Sfera.az xəbər verir ki, memorandum 2025-ci ilin sonunadək Azərbaycanda uşaqların erkən uşaqlıq dövründə inkişafı, inklüziv təhsil, yeniyetmə və gənclərin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur.

UNİSEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykens ilə görüşdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun təhsil, səhiyyə, sosial və mədəniyyət, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası istiqamətindəki layihələri barədə məlumat verib. Bildirib ki, inklüziv cəmiyyətin qurulmasına töhfə verən Heydər Əliyev Fondunun dəstəyi ilə əlilliyi olan uşaqlardan ibarət rəqs qrupunun xarici ölkələrdə konsert proqramı ilə çıxışları təşkil ediləcək.

Görüşdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların sosial, səhiyyə və digər sahələr üzrə hüquqlarının qorunması, o cümlədən xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum uşaqlara qayğı istiqamətindəki fəaliyyətinin əhəmiyyəti qeyd edilib.

UNİSEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykens Heydər Əliyev Fondu ilə həyata keçirilməkdə olan "Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ)" layihəsi, eləcə də ətraf mühit və iqlim dəyişikliyi, yaşıl enerji mənbələri, bərpa olunan enerji sahələrindəki tədbirlər üzrə əməkdaşlığı qeyd edib. Aleks Haykens uşaq hüquqlarının qorunması üzrə Uşaq Dost mərkəzlərinin, eləcə də işğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə işlərinin müzakirəsi prosesinə uşaqların da cəlb edilməsinin səmərəli olacağını bildirib.

Görüşdə gələcəkdə inklüziv təhsil, əlillərin dəstəklənməsi və reabilitasiyası sahələrində Fondla birgə həyata keçiriləcək layihələr də müzakirə edilib.

Xatırladaq ki, BMT-nın Uşaq Fondu (UNİSEF) ilə Heydər Əliyev Fondu arasında ilk Anlaşma Memorandumu 2019-cu ildə imzalanıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Zakir Fərəcov işə çıxmır? – Birinci müavindən açıqlama

Sumqayıt şəhər İcra Hakimiyyətinin icra başçısı Zakir Fərəcovun səhhətində ciddi problemlərin yarandığı barədə məlumatlar yayılıb. İddia olunur ki, icra başçısı...

Sosial sığorta ödənişlərinin verilməməsinin səbəbi AÇIQLANDI

Dövlət Məşğulluq Agentliyi sosial sığorta ödənişlərinin gecikməsinə aydınlıq gətirib. Sfera.az xəbər verir ki, Agentliyin İdarə heyəti sədrinin müavini Cə...

Ağdamda minaaxtaranlar üçün yeni mobil düşərgə salındı - FOTOLAR

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda agentliyin minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salıb. Sfera.az xəbər...

Ümrə ziyarəti üçün müraciət edənlərin sayı AÇIQLANDI

Azərbaycandan Ümrə ziyarəti üçün müraciət edənlərin sayı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsindən  verilən məlumata görə,...

Güzəştli pensiyalarla bağlı komitə sədrindən AÇIQLAMA

Azərbaycanda güzəştli pensiyaların tətbiq ediləcəyi barədə fikirlər səsləndirilir. Bununla bağlı məsələyə münasibət bildirən əmək və əhalinin sosial müdafiəsi n...

Ordubada 41 sm qar yağdı - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Sfera.az  xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 28-i saat 11:00-a olan mə...