Heydər Əliyev Fondu Əməkdar artistin səhhəti ilə bağlı göstəriş verdi - FOTO

Heydər Əliyev Fondu Əməkdar artistin səhhəti ilə bağlı göstəriş verdi - FOTO
"Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırovun səhhətində xüsusi bir irəliləyiş yoxdur”.

Sfera.az  xəbər verir ki, bunu oxu.az-a açıqlamasında teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib. Onun sözlərinə görə, hazırda aktyorun vəziyyəti ağır-stabil olaraq qalır:

"Onun müalicəsi Heydər Əliyev Fondunun nəzarətindədir. Fondun göstərişi ilə Əməkdar artist özəl xəstəxanaya köçürülüb. Hazırda müalicəsi palatada davam edir”.

Qeyd edək ki, Əməkdar artist infarkt keçirmişdi. O, martın 3-də 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi.

OXŞAR XƏBƏRLƏR