“Həyatda doğru yol seçməyən insanın başı daim bəlalar çəkər” - Komitə sədri

“Həyatda doğru yol seçməyən insanın başı daim bəlalar çəkər” - Komitə sədri
 "Yaşadığımız mürəkkəb və çətin həyatda doğru yol seçmək hər adamın işi deyildir. Həyatda doğru yol seçməyən insanın başı daima bəlalar çəkər. İnsanın başqalarına qarşı etmiş olduğu haqsızliq heç vaxt unudulmur. Çünki edilən haqsızliq başqasının haqqına, səadətinə, imicinə vurulan zərbədir. Belə işlərlə məşğul olanlar bilməlidirlər ki, bunun cavabını almış olacaqlar”.

 

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

 

O qeyd edib ki, millətinə, dövlətinə, xalqına, əqidə yoldaşına xəyanət etmək namussuzluq və şərəfsizlik deməkdir:

 

"Öz namus və şərəfini pula, mala satanların son aqibəti nəinki, cəmiyyət içərisində, hətta ailələri yanında belə dəyərsiz, qiymətsiz olur. Bir insan hiss etsə ki, sadəcə bir canlı kimi mövcuddur, lakin onun cəmiyyət içərisində heç bir dəyəri, qiyməti yoxdur, bu həmin şəxs üçün ölümdən betər olmalıdır. İnsanın mənfi və müsbət qiyməti onun əməllərinin cəmiyyətin əxlaq normalarına uyğun gəlməsi və faydası ilə ölçülür. Bu gün cəmiyyətimizdə baş verən neqativ hallarda cəmiyyətimizin laqeyidlik və məsuliyyətsizliyinin də payı var. Laqeydlik və məsuliyyətsizlik həyatımızın ən böyük bəlalarından biridir. Bunun böyük ictimai bəlaya çevrilməməsi üçün hər bir vətəndaşdan belə səhv edənlərə qarşı ciddi mübarizə aparması tələb olunur. Hər bir kəs unutmamalıdır ki, səhv edəni təmizə çıxarmağa çalışmaq, doğrunu ləkələmək deməkdir”.

 

Komitə sədrinin sözlərinə görə, haqqı güdaza vermək oğruya yol açmaq deməkdir:

 

"Hər kim olur olsun, dövlətin,millətin, xalqın mənafeyinə zidd hərəkət etməməlidir, edəcəksə onu xalqın nifrəti və dövlətin cəzası gözləyir. Gəlin prezidentimiz cənab İlham Əliyevin cəmiyyətimizi daha da saflaşdırmaq üçün apardığı siyasətə hamılıqla dəstək olaq! -Ömür şirindir, lakin namus və şərəflə yaşanan ömür daha şirindir”. (modern.az)

OXŞAR XƏBƏRLƏR

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Çiçəklənən Bakı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin edilməsi ölkən...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...