Həyat yoldaşından ayrılan, işgəncəyə məruz qalan, məmurla sevgili olan məşhurlar…

Həyat yoldaşından ayrılan, işgəncəyə məruz qalan, məmurla sevgili olan məşhurlar…

Yaxın günlərdə dünyaca məşhur cütlük Ancelina Coli və Bred Pitin ayrılması böyük səs-küy yaratdı.  Jurnalistlər ulduz ailənin xəyanətə görə dağıldığını yazdılar.

 

Bəs bizim məşhurlar? Azərbaycan şou-biznesində ailələr niyə dağılıb, hansı ulduzların sevgi nağılı yarımçıq qalıb?

 

Teleqraf.com bu mövzuyla bağlı araşdırmanı təqdim edir:

 

Xalq artisti Faiq Ağayev 2004-cü ildə Nigar Topçubaşova ilə  ailə qurub. İfaçının evliliyi uzun çəkməyib. Xalq artisti 2006-ci ildə həyat yoldaşından qalmaqallı şəkildə ayrılmağa qərar verib. Nigar xanım isə mətbuata açıqlamasında Faiq Ağayevdən 2005-ci ildə ayrıldığını, amma ifaçının xahişi ilə bunu gizli saxladığını deyib. Nigar Topçubaşova F.Ağayevdən əvvəl nişanlı olub və qızıl şlyagerdən ayrılandan sonra da yenidən ailə həyatı qurub. 

 

 

Xalq artisti Aygün Kazımova İlqar adlı şəxslə ailəli olub. O, nikahdan İlqarə Kazımova dünyaya gəlib. Meyxanaçı Namiq Qaraçuxurlu ilə sevgili olan xalq artisti bir müddət əvvəl ondan ayrılıb. Hazırda Namiq Qaraçuxurlu evlidir və ikinci evliliyindən bir qızı var. Meyxanaçının birinci nikahından iki oğlu var.

 

 

 

Əməkdar artist Röya Ayxan Anar Cəlilovla nikah masasına oturub. Cütlüyün Hüseyn adlı övladı var. Röya həyat yoldaşından ayrılmasının səbəbini açıqlamayıb. O, mətbuata açıqlamasında Anar Cəlilovla qarşlıqlı hörmət əsasında boşandığını deyib. Mətbuatda yayılan məlumata görə, ifaçı hazırda məmur oğlu ilə sevgilidir.

 

Rəqqasə Oksana Rəsulova reper Elşad Xose ilə 2012-ci ildə ailəli olub. Qısa zamanda ayrılan cütlük hazırda subaydır.  Oksana Rəsulova reperdən pis vərdişləri olduğuna görə ayrılıb. Rəqqasənin uşağını itirməsi də ayrılığa səbəb olub. Mətbuatda yayılan məlumata görə, Elşad Xosenin Oksananın avtomobilini satması da ikilinin evliliyinə son qoymasına şərait yaradıb. 

 

Картинки по запросу elsad xose ve oksana

 

Xalq artisti Nazpəri Dostəliyeva Nəriman Quliyev adı şəxslə ailə qurub. Evliliyi uzun çəkməyən xalq artistinin Əli və Əkbər adlı oğlu var. 

Картинки по запросу nazpəri dostəliyeva və həyat yoldaşı

 

Xalq artisti Flora Kərimova üç dəfə ailə həyatı qurub. Xalq artisti tibb elmləri doktoru İbrahim Topçubaşovla ailə quranda aralarında 20 yaş yaş fərq olub. Flora Kərimova İbrahim Topçubaşov vəfat etdikdən bir müddət sonra qızı Zümrüdün atası ilə ailə qurub.

 

 

Xalq artisti Məleykə Əsədova bir dəfə ailə qurub. Gülər adlı qızı var. Boşandıqdan sonra aktrisa mediaya açıqlamasında  keçmiş həyat yoldaşının bizneslə məşğul olduğunu və anasının xətrinə onunla evləndiyini deyib.

 

Картинки по запросу Məleykə əsədova və həyat yoldaşı

 

Əməkdar artist Elza Seyidcahan bir dəfə ailəli olub. Əkbər adlı oğlu və Gülşən adlı qızı var. Hazırda həyat yoldaşı evlidir.

 

"Eurovison-2011" qalibi Nigar Camal kiprli Haluk Camalla ailə həyatı qurub. Jasmin və Səidə adlı iki qızı var. Müğənni həyat yoldaşından ayrılıb. Həyat yoldaşından ayrılan Nigar Camalın da məmur oğlu ilə sevgili olduğu haqqında xəbər yayılmışdı. 

 

Картинки по запросу Nigar Camal və həyat yoldaşı

 

Müğənni Səidə Dadaşovanın ilk nikahı Türkiyə vətəndaşı Səlçuk Gökgözlə olub. Onunla ayrıldıqdan sonra Məhəmməd adlı şəxslə ailə qurub. İkinci nikahından bir övladı var. Mətbuatda ifaçının sürücüsü ilə qeyri-rəsmi münasibətdə olduğu və övladı olduğu haqqında xəbər yayılmışdı. Səidə saytımıza açıqlamasında xoşbəxt olduğunu və həyat yoldaşı ilə rəsmi nikahda olduğunu demişdi. 

 

 

Müğənni Nura Suri 3 dəfə nikah masasına oturub. Üç  oğlu var. İfaçının iki oğlu İngiltərədə təhsil alır. Bir müddət əvvəl Nura Surinin müğənni Samir Cavadzadə ilə sevgili olduğu haqqında xəbər yayılmışdı.

 

Картинки по запросу Nura Suri və həyat yoldaşı

 

Aparıcı Azər İsmayılov və Vüsalə Əlzadə ATV telekanalında tanış olublar. 2013-cü ildə ayrılan cütlüyün Dilək adlı qızları var.  

 

Azər İsmayılov bir müddət əvvəl ikinci dəfə ailə qurdu. Aparıcı çox xoşbəxt olduğunu deyib. Vüsalə Əlizadə isə subaydır.  

 

 

Əməkdar artist Tünzalə Ağayeva prodüser Rəhmanla ailəli olub.  Bir qızı var. İfaçı hazırda subaydır.
 

Картинки по запросу Tünzalə Ağayeva və həyat yoldaşı

 

Müğənni Zamiq Hüseynov Nigar Rəfiyeva adlı xanımla evlənib. Amma evlilik davam etməyib.

 

Картинки по запросу Zamiq Hüseynov Nigar Rəfiyeva

 

Müğənni Mətanət İskəndərli bir dəfə rəsmi nikgahda olub. İfaçı mətbuatda həyat yoldaşı tərəfindən işgəncəyə məruz qaldığı üçün ayrıldığını deyib. İfaçının həyat yoldaşı rəhmətə gedib. İki övladı var. 

 

 

Xalq artisti Ağadadaş Ağayevin iki dəfə rəsmi nikahda olduğu bildirilir.

 

Картинки по запросу Ağadadaş Ağayevin ailəsi

 

Müğənni Almaz Ələsgərli də bir dəfə nikah masasına oturan məşhurlar sırasına aiddir. İki qızı var. Onlar da ailə qurub, ayrılıblar. İfaçının böyük qızı xaricdə yaşayır.

Картинки по запросу Almaz Ələsgərli və həyat yoldaşı 

 

Müğənni Şəbnəm Tovuzlu ikinci dəfə ailə qurub. Onun ilk nikahından bir qızı var. Hazırda ifaçı Hacı Rafiq adlı şəxslə evlidir və ana olmağa hazırlaşır.

 

Картинки по запросу Şəbnəm Tovuzlu və həyat yoldaşı

 



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...