Həştərxanın regionda siyasi və iqtisadi nüfuzu artır

Həştərxanın regionda siyasi və iqtisadi nüfuzu artır
 

Bu günlərdə Rusiyanın Dərbənd vilayəti ilə Azərbaycanın Quba rayonunu birləşdirən Samur çayı üzərindən keçən avtomobil körpüsünün açılış mərasiminin keçirilməsi və körpünün istifadəyə verilməsi hər iki ölkədə mühüm hadisə kimi qiymətləndirildi. Xüsusilə, bu Azərbaycanın ehtiyatlarına daha yaxın olmaq üçün  Rusiya subyektlərinin Xəzər bölgələri arasında mübarizəsinin yeni mərhələsi kimi də xarakterizə edildi. Körpünün açılış mərasimində iştirak edən Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin sözlərinə görə, avtomobil körpüsü "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olacaq. Sözügedən dəhlizin inkişaf etdirilməsi isə on milyardlarla dollar gəlir vəd edir.

Qeyd edək ki, körpünün açılışından sonra Dağıstanın rəhbəri Vladimir Vasilyevin əlində demək olar ki, "Xəzər kartları" az qaldı. Yalnız sərnişinlər üçün sadələşdirilmiş gömrük prosedurları olan Bakı-Dərbənd-Mahaçqala sürət qatarı (sentyabr ayında elan olunub) və Bakı ilə Mahaçqala arasında birbaşa reysdən başqa (bu reysin açılışı ilə bağlı danışıqlar 2016-cı ildən bəri davam edir).

Rusiya mediasının qənaətinə görə, Həştərxan vilayətinin rəhbərliyinin aldığı üstünlüklərlə müqayisədə bunlar sadəcə xırda şeylərdir. Keçmiş çekist İqor Babuşkin, altı aydan az bir müddətdə qubernator kimi fəaliyyət göstərsə də artıq Bakıya rəsmi səfər edib və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Həmçinin  Kütüm stansiyasının bazasında Azərbaycan logistika mərkəzinin yaradılması haqqında müqavilə imzalanıb. Bu vasitə ilə Xəzəryanı ölkələrdən Rusiyaya və daha sonra MDB ölkələrinə mal axını həyata keçiriləcək. Xatırladaq ki, artıq Bakıda Həştərxan ticarət mərkəzinin inşasına da başlanılıb. Bu mərkəz Azərbaycanda fəaliyyət göstərəcək ən böyük ticarət mərkəzlərindən hesab edilir. Azərbaycanla Həştərxan arasında qarşılıqlı olaraq gəmi inşası, heyvandarlıq, turizm sahəsində ikitərəfli layihələrin həyata keçirilməsinin də anonsları verilib.

Ümumiyyətlə, Babuşkinə rəsmi Bakı ilə danışıqlar aparmaq üçün Azərbaycan Hökuməti tərəfindən açıqca imkanlar yaradılıb . Məsələn, Dağıstan Bakı ilə hava əlaqəsinin açılması barədə danışıqlar aparsa da, artıq uzun müddətdir ki, bu Həştərxanda işə salınıb və Babuşkin indi qarşılıqlı uçuşların həftədə üç dəfəyə çatdırılmasını xahiş edir.

 
 

Dağıstanın hətta bu kimi cüzi nailiyyətləri fonunda daha bir xəzəryanı regionun - başçısı Batu Xasikov olan Kalmıkiyanın nailiyyətləri olduqca kiçik görünür. Burada hətta Laqan limanının tikintisinə belə başlaya bilmirlər ("Şimal-Cənub" dəhlizi layihəsi çərçivəsində nəzərdə tutulan həmin limanın yük dövriyyəsi faktiki olaraq Həştərxanla Ola arasında artıq bölüşdürülüb).


OXŞAR XƏBƏRLƏR

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...