No Image

Həştərxanda Heydər Əliyev anılıb - FOTO

Həştərxanda Heydər Əliyev anılıb - FOTO
 

Dekabrın 12-si Rusiya Federasiyasının Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Sfera.az  xəbər verir ki, ilk öncə Azərbaycan diasporasının üzvləri, Azərbaycan İş Mərkəzinin əməkdaşları, Heydər Əliyevin adını daşıyan 11 saylı məktəbin kollektivi və şagirdləri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və həmvətənlərimiz H. Əliyevin Həştərxan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək xatirəsini bir dəqiqəlik sükutla yad edib, dahi şəxsiyyətin abidəsi önünə əklillər, gül dəstələri qoyublar.

Daha sonra Həştərxan şəhərində yerləşən, Heydər Əliyev adına 11 saylı orta məktəbdə anım mərasimi keçirilib. Məktəbin foyesində Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Mərasimdə çıxış edənlər Heydər Əliyevin fəaliyyəti, onun istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Azərbaycan tarixində, o cümlədən Azərbaycan-Rusiya münasibətlərinin inkişafında əvəzsiz rolu haqqında danışıblar.

 
 

Bildirilib ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. 

Məktəbin müəllimləri və şagirdləri təhsil ocağının ulu öndərin adını daşımasından fəxr etdiklərini bildiriblər.

OXŞAR XƏBƏRLƏR

Rusiyada deputat koronavirusdan öldü - FOTO

 Rusiya Dövlət Dumasının deputatı COVID-19-dan vəfat edib. Dumanın digər üzvü Sergey Qavrilov agentliyə açıqlamasında xəbəri təsdiqləyib. O bildirib ...

Tehranda güclü partlayış: 1 ölü, 10 yaralı var - FOTO

 İranın Tehran əyalətinin Nəsimşəhr bölgəsində güclü partlayış olub. Sfera.az xəbər verir ki, partlayış nəticəsində 20 binaya ciddi ziyan dəyib. ...

Məşuquna çılpaq şəklini göndərən təzə gəlin biabır oldu - "Ərim üçün çəkmişdim, amma..." - FOTO

  Son günlər bələdiyyə sədri ilə ailəli qadının gizli münasibəti Türkiyə mətbuatının gündəmindən düşmür. Bu dəfə də qadının çılpaq fotosu yayılıb. S...

“Kurtlar vadisi” serialının məşhur aktyoru vəfat etdi - FOTO

  Türkiyənin tanınmış aktyoru Haldun Boysan dünyasını dəyişib. Sfera.az  "Hürriyet”ə istinadən xəbər verir ki, aktyor Nevşehirdə "Maria ilə Must...

Türkiyəli məşhur aktrisa vəfat etdi - FOTO

 Məşhur türkiyəli aktrisa Mehtap Anıl 80 yaşında vəfat edib. Sfera.az xəbər verir ki, sənətçi infarkt keçirib. Qeyd edək ki, Mehtap tamaşaçılar...

Türkiyədə son sutkada daha 20 nəfər koronavirusdan ölüb

 Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 20 nəfər ölüb. Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünü...