Həştərxanda Həmrəylik Günü qeyd olunub

Həştərxanda Həmrəylik Günü qeyd olunub

Dünən Həştərxan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə “Həştərxan Şəhər” administrasiyasının rəhbəri Oleq Polumordvinov, Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri Denis Afanasyev, Həştərxan vilayəti administrasiyasının Daxili siyasət İdarəsinin rəisi Vyaçeslav Vinoqradov, Həştərxan şəhəri administrasiyasının rəhbərinin müavini Qennadiy Didenko, ÜAK Həştərxan bölməsinin sədri, Həştərxan şəhərinin fəxri vətəndaşı Ədalət Hüseynov, vilayətin milli-mədəni ictimai təşkilatlarının rəhbərləri, Azərbaycan diasporasının nümayəndələri və AMOR-un üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları mərhum lider Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə məlumat veriblər. Qeyd olunub ki, bu tarix Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun sərəncamı ilə 31 dekabr tarixi bütün Dünyada yaşayan azərbaycanlıların həmrəyliyi günü kimi qeyd olunur.

Daha sonra tədbir təntənəli mərasim və şənliklə davam edib.

Həştərxanda


OXŞAR XƏBƏRLƏR