No Image
No Image

Həsənovun vəziyyəti pisləşdi: Prezidentə müraciət edildi

Keçmiş Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri olmuş Eldar Həsənovun vəkilləri Prezident İlham Əliyevə açıq müraciət ünvanlayıb.

Sfera.az xəbər verir ki, vəkillər Cəlil Mirzəyev, Valeh Mehralıyev, Adəm Məmmədov və Cavad Cavadovun imzaladığı müraciətdə hazırda həbsdə olan sabiq Baş prokurorun səhhətinə diqqət çəkilib.

"Mətbuat vasitəsi ilə Sizə müraciətimizin əsas məqsədi hüquqlarını müdafiə etdiyimiz Eldar Hümbət oğlu Həsənovun səhhətinin ciddi formada ağırlaşması və həyatına təhlükə yarandığı üçün təcili tibbi müdaxilənin aparılması ilə bağlıdır.

Artıq iki aya yaxındır ki, müayinə və tibbi yardım üçün müxtəlif xəstəxanalardan ixtisaslaşmış həkimlərin E.Həsənovun saxlanıldığı istintaq təcridxanasına dəvət olunması barədə verilmiş vəsatətlərə, müraciətlərə Baş Prokurorluğun istintaq qrupu tərəfindən Konstitusiyaya, humanizm prinsiplərinə, beynəlxalq hüququn normalarına zidd olaraq icazə verilməmişdir.

Həmçinin son 6 ay ərzində dəfələrlə E.Həsənovun həbs qətimkan tədbirinin dəyişilməsi və Bakı şəhərində ixtisaslaşmış xəstəxanalarda cərrahi əməliyyatlar keçirilməsinə dair verilmis vəsatətlər, şikayətlər heç bir qanuni əsaslar gətirilmədən rədd edilmişdir.

Son 6 ildə 7 ağır cərrahi əməliyyat keçirən, hazırda onurğa problemlərindən iflic ərəfəsində olan, dəhşətli ağrılar yaşayan, davamlı ürək ağrıları ilə müşaiyət olunan şəkərli diabet, xüsusi risk qrupuna aid olan 66 yaşlı Eldar Həsənov Prokurorluğun istintaq qrupunun ona qarşı digər qanunsuzluqlarla yanaşı, bu cür qeyri-insani münasibətini onun səhhətinə, sağlamlığına, yaşamaq hüququna yönəlmiş bir qəsd kimi qiymətləndirir.

Eldar Həsənovun hazırda gündəlik qəbul etdiyi dərmanlara nəzər yetirilsə, onun səhhətinin hansı vəziyyətdə olması əyani olaraq görünəcək”, - vəkillər qeyd edib.

Müraciətdə E.Həsənovun qəbul etdiyi dərmanların siyahısı da verilib:

"Şəkərli-diabet üçün: 1. Janumet – 1 t x 2 dənə (səhər, axşam), 2. Jardiance - 1 t x 2 dənə.

Ürək üçün: 3. Sortes – 2 t x 1 d, 4. Triatek – 2 t x 2 d, 5. Carvaton – 1 t x 2 d, 6. Valokardin – 20 damla x 3 dəfə, 7. Validol – 1 t x 2 d, 8. Aspirin-kardio – 1 t x 2 d.

Yaddaş üçün: 9. Rezerkane- 1 t x 2.

Yuxu üçün: 10. Remeron – 1,5 t x 1 d, 11. Dalmadorm – 1- 1,5 t x 1 d, 12. Relaxane – 1 t x 2 d, 13. Mugakalm – 1 t x 2 d, 14. Voltoren- 1-2 tab x 1- 2 d, 15. Ketanol (100 mq) 3 – 7 tab – 24 saat ərzində (çox təhlükəli doza), 16. Azrozol – nəfəs almada problemlər yarananda, 17. Movicol – gündə 2-3-4 dəfə), 18. Laxoberon – gündə 2-3-4 dəfə), 19. Nücleoc.m.p. Forte (sümük ağrıları üçün), 20. Solbutanol (интели) nəfəs alma problem yarananda.

Məlumat üçün onu da bildirək ki, Eldar Həsənov ona elan olunmuş ittihamları həbsinin ilk günündən qətiyyən qəbul etmir, onları əsassız və qərəzli hesab edir”.

Vəkillər sadalananları əsas gətirərək, Eldar Həsənovun səhhətində mövcud real həyati-təhlükəli durumla bağlı təcili tibbi müdaxilə edilməsi və bu əsaslarla həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün Prezidentdən kömək istəyiblər.Keçmiş Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri olmuş Eldar Həsənovun vəkilləri Prezident İlham Əliyevə açıq müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, vəkillər Cəlil Mirzəyev, Valeh Mehralıyev, Adəm Məmmədov və Cavad Cavadovun imzaladığı müraciətdə hazırda həbsdə olan sabiq Baş prokurorun səhhətinə diqqət çəkilib.

"Mətbuat vasitəsi ilə Sizə müraciətimizin əsas məqsədi hüquqlarını müdafiə etdiyimiz Eldar Hümbət oğlu Həsənovun səhhətinin ciddi formada ağırlaşması və həyatına təhlükə yarandığı üçün təcili tibbi müdaxilənin aparılması ilə bağlıdır.

Artıq iki aya yaxındır ki, müayinə və tibbi yardım üçün müxtəlif xəstəxanalardan ixtisaslaşmış həkimlərin E.Həsənovun saxlanıldığı istintaq təcridxanasına dəvət olunması barədə verilmiş vəsatətlərə, müraciətlərə Baş Prokurorluğun istintaq qrupu tərəfindən Konstitusiyaya, humanizm prinsiplərinə, beynəlxalq hüququn normalarına zidd olaraq icazə verilməmişdir.

Həmçinin son 6 ay ərzində dəfələrlə E.Həsənovun həbs qətimkan tədbirinin dəyişilməsi və Bakı şəhərində ixtisaslaşmış xəstəxanalarda cərrahi əməliyyatlar keçirilməsinə dair verilmis vəsatətlər, şikayətlər heç bir qanuni əsaslar gətirilmədən rədd edilmişdir.

Son 6 ildə 7 ağır cərrahi əməliyyat keçirən, hazırda onurğa problemlərindən iflic ərəfəsində olan, dəhşətli ağrılar yaşayan, davamlı ürək ağrıları ilə müşaiyət olunan şəkərli diabet, xüsusi risk qrupuna aid olan 66 yaşlı Eldar Həsənov Prokurorluğun istintaq qrupunun ona qarşı digər qanunsuzluqlarla yanaşı, bu cür qeyri-insani münasibətini onun səhhətinə, sağlamlığına, yaşamaq hüququna yönəlmiş bir qəsd kimi qiymətləndirir.

Eldar Həsənovun hazırda gündəlik qəbul etdiyi dərmanlara nəzər yetirilsə, onun səhhətinin hansı vəziyyətdə olması əyani olaraq görünəcək”, - vəkillər qeyd edib.

Müraciətdə E.Həsənovun qəbul etdiyi dərmanların siyahısı da verilib:

"Şəkərli-diabet üçün: 1. Janumet – 1 t x 2 dənə (səhər, axşam), 2. Jardiance - 1 t x 2 dənə.

Ürək üçün: 3. Sortes – 2 t x 1 d, 4. Triatek – 2 t x 2 d, 5. Carvaton – 1 t x 2 d, 6. Valokardin – 20 damla x 3 dəfə, 7. Validol – 1 t x 2 d, 8. Aspirin-kardio – 1 t x 2 d.

Yaddaş üçün: 9. Rezerkane- 1 t x 2.

Yuxu üçün: 10. Remeron – 1,5 t x 1 d, 11. Dalmadorm – 1- 1,5 t x 1 d, 12. Relaxane – 1 t x 2 d, 13. Mugakalm – 1 t x 2 d, 14. Voltoren- 1-2 tab x 1- 2 d, 15. Ketanol (100 mq) 3 – 7 tab – 24 saat ərzində (çox təhlükəli doza), 16. Azrozol – nəfəs almada problemlər yarananda, 17. Movicol – gündə 2-3-4 dəfə), 18. Laxoberon – gündə 2-3-4 dəfə), 19. Nücleoc.m.p. Forte (sümük ağrıları üçün), 20. Solbutanol (интели) nəfəs alma problem yarananda.

Məlumat üçün onu da bildirək ki, Eldar Həsənov ona elan olunmuş ittihamları həbsinin ilk günündən qətiyyən qəbul etmir, onları əsassız və qərəzli hesab edir”.

Vəkillər sadalananları əsas gətirərək, Eldar Həsənovun səhhətində mövcud real həyati-təhlükəli durumla bağlı təcili tibbi müdaxilə edilməsi və bu əsaslarla həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün Prezidentdən kömək istəyiblər.
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Fitrə zəkatının çıxarılma vaxtı AÇIQLANDI

"Bayram axşamı ayın çıxdığı məlum olan kimi - axşam azanından (bu gün – ölkə.az) sonra fitrə zəkatı ayrılır və yaxşı olar ki, bayram günü saat 8.00 – 9.00-a qəd...

Azərbaycanda saxta sürücülük vəsiqələri satılır - VİDEO

Azərbaycanda saxta sürücülük vəsiqələri satılır. Bu barədə elan sosial şəbəkələrdə yayılıb. Rusiyaya məxsus sürücülük vəsiqəsi hazırlayan şəxs onu ''Tikto...

Açıq havada maska taxmamaq məsələsi yenidən gündəmdə - Elm adamları nə deyir?

Elm adamları açıq havada maskanın taxılıb-taxılmaması istiqamətində müzakirə aparıb.   Sfera.az bildirir ki, bu barədə Britaniya Tibb Jurnalında (BMJ) qe...

Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Süni Mayalanma Mərkəzinin açılışında iştirak e...

Azərbaycan ölkəmizi təhqir edən erməni bəstəkarla bağlı hərəkətə keçdi - FOTO

"Hollivudda tanınan erməni əsilli bəstəkar Kris Hacıyanın Azərbaycanı təhqir etməsi və bunun sosial şəbəkələrdə ictimailəşdirilməsi nifrət nitqinin bariz nümunə...

Vətən müharibəsində HHQ-nin məhv etdiyi düşmən hədəflərinin görüntüləri - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi 44 günlük Vətən müharibəsində Hərbi Hava Qüvvələrinin məhv etdiyi növbəti düşmən hədəflərinin görüntülərini yayıb.   Sfera.a...