Həsən Bəy Zərdabi Həftəsi keçirilir
28 İyun Həsən Bəy Zərdabinin Doğum günü münasibəti ilə "İrsə Sevgi və Hörmətlə” şüarlı "28 İyun – 5 İyul tarixində Həsən Bəy ZərdabiHəftəsi” keçirilir.
Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu, Avrasiya Ekonomik İlişkiler Derneği (Türkiyə),” Odlar Yurdu” Gənclər Ictimai Birliyi, Azxeber.com, Press.az, Diasporpress.az, Zerdab.com, Azərbaycan Maarifçilər Assosiasiyası, Qanunlaaz, Milli QHT Forumunun birgə təşəbbüsü ilə "İrsə Sevgi və Hörmətlə” şüarlı "28 İyun – 5 İyul tarixində Həsən Bəy Zərdabi Həftəsi” çərçivəsində Həsən Bəy Zərdabinin həyat və yaradıcılığının təbliği istiqamətində online beynəlxalq və yerli video konfransların təşkili nəzərdə tutulur. Azərbaycan və Türkiyədə fəaliyyət göstərən gənclər təşkilatları, media qurumları və dispora təşkilatlarının iştirakı ilə keçiriləcək video konfranslar zamanı Həsən Bəy Zərdabinin milli mətbuatımızın banisi, görkəmli ziyalı, nasir və ictimai xadim kimi xidmətləri, dövlətimiz tərəfindən milli mənəvi dəyərərimizin qorunması, irsimizin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi istiqamətində görülən təqdirə layiq layihələr və işlər müzakirə olunacaq.
Hörmətlə:
Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu Rəhbəri
Seymur Bayramov
`
Həsən Bəy Məlikov Səlim oglu (Zərdabi) 1837-ci il iyun аyının 28-də kеçmiş Bakı quberniyasının Göyçay qəzasının Zərdab kəndində bəy аiləsində аnаdаn оlmuşdur. İlk təhsilini kənd mədrəsədə alıb. Burada ərəbcə və farsca öyrənən Zərdabi Şamaxıda rusca dünyəvi təhsil verən məktəbə yazılmışdır. Məktəbi bitirərkən müəllimlərin diqqətini çəkmiş və dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərilmişdir.
1861-ci ildə həmin məktəbi uğurla bitirən Zərdabi yenidən dövlət təqaüdü ilə Moskva Universiteti Fizika-Riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsil almağa göndərilmişdir.
Zərdabi universitet illərində dövrün irəlidə gedən elm adamları ilə tanış olur. Tarixçi Solovyov və yazıçı Pleşeyevlə yaxın münasibət qurur. Solovyovun evinə tez-tez gedən Zərdabi Solovyovun qızına qarşı hissləri olmuşdur. Universiteti fərqlənmə diplomu ilə başa vuran Zərdabi Solovyovun qızı ilə evlənəcəyi təqdirdə həm gələcəyə yönəlmiş ideallarından əl çəkmək məcburiyyətində qalacağını, həm də bu davranışının xalqı tərəfindən heç xoş qarşılanmayacağını düşünərək təhsilini tamamladıqdan sonra universitetdə qalması yönündəki təklifləri rədd edir və xalqına xidmət etmək üçün vətəninə dönür.
Bir müddət Tiflisdə Torpaq İdarəsində işləyir. 28 fevral 1868-ci ildə Qubada məhkəmə katibi olaraq işləməyə başlayır. Bu dövrlərdə mütərəqqi fikirlərinə görə təhdid edilir, hətta həyatına qəsddə də cəhd olur. Bir müddət müstəqil məhkəmə vəkilliyi etmişdir. 18 noyabr 1869-cu ildə Bakıda məktəbə təbiət elmləri üzrə müəllim kimi işə düzəlmişdir. Bununla da onun həyatında yeni dövr — maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayır. Lakin problemin çətinliyi onda idi ki, Həsən bəy Qafqazda o zaman fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində ali təhsilli yeganə azərbaycanlı idi. Azərbaycanlı şagirdlər də yox dərəcəsində idi. Bununla da, Həsən bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmağı qarşısına məqsəd qoyur.
Məhz bu məqsədlə müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda "Cəmiyyət-xeyriyyə" də yaratmışdı. Həmin ilin bütün yayını Həsən bəy Zərdabi gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolanaraq rəsmi dəftərə "Cəmiyyət-xeyriyyə"yə üzv yazdırmaqla məşğul olmuşdu.
Yoxsul və kimsəsiz uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün savadlı türk (azərbaycanlı) qadın müəllimlərə ehtiyac yarandığından, Həsən bəy Zərdabi 1872-ci ildən "Qafqaz" qəzetində Tiflis "Müqəddəs Nina" Qadın gimnaziyasını bitirən qızların müəllim kimi peşəsini davam etdirməklərini təbliğ edir. Bundan sonra, Zərdabi bir gün "Qafqaz" qəzetindəki xəbərdən Tiflisdə olan Müqəddəs Nina adlı qız məktəbindən məzun olanların arasında Nalçik şəhərində anadan olan və Balkar türklərindən olan Hənifə xanım Abayevanın da olduğunu öyrənir. Bundan sonra Tiflisə gedən Zərdabi Hənifə xanımı taparaq onunla tanış olur və ona gələcəklə bağlı fikirlərini deyir. Hənifə xanımın da eyni fikirdə olduğunu öyrənən Zərdabi ona evlənmə təklifi edir. Təklifi qəbul edən Hənifə xanım Zərdabi ilə birlikdə yaşamaq üçün Bakı şəhərinə köçür.
Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramaturqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M. F. Axundovun "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyaları tamaşaya qoyulmuşdur.
Zərdabi Xeyriyyə Cəmiyyəti, teatr və müəllimlik yolu ilə xidmət etdiyi xalqa daha çox xidmət etmənin yollarını axtarır.
Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət edir. İlkin mərhələdə icazə ala bilməyən Zərdabi bir neçə cəhddən sonra qəzet çıxarmaq üçün icazə alır. O, İstanbuldan hürufat gətizdirir, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq olur. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. Əkinçi qəzeti Azərbaycan, həmçinin də bütün Rusiyada nəşr olunan ilk türk dilli qəzetdir.
1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür.
XIX əsrin II yarısından etibarən Azərbayan təhsil və mədəniyyət sahəsində xeyli yeni dəyişiklik yaşamışdır. Mədrəsələrlə yanaşı yeni məktəblər açılmağa başlamışdır. Məlikov azərbaycanlılar üçün təhsil islahatı barədə yazır və Rusiya qubernatorundan müsəlman uşaqların müasir təhsil almasına kömək istəyirdi.
Zərdabİ, həyat yoldaşı Hənifə xanəmla birgə qızlar üçün məktəb açılması üçün müxtəlif qrumlara müraciət eirdi. Həhayət, Bakı milyonçusu Z.A. Tağıyevin dəstəyi ilə1901-ci ildə müsəlman qızlar üçün rus-müsəlman məktəbi fəaliyytə başlayır.
Bakıda təqiblrdən qaçan Həsən bəy Zərdabi bir müddət doğma kəndi Zərdabda yaşayır. O, kənd təsərrüfatı sahəsində kəndlilərə məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq o yenə də mətbuatda fəal iştirak edirdi.
1880-1890-cı illərdə onun Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.
Həsən bəy Zərdabi müxtəlif dövrlərdə "Əkinçi", "Kaspi" qəzetlərində tоrpaqşünaslığın əsas müddəaları və əkinçilik mədəniyyəti haqqında ətraflı məlumatlar vermişdir, tоrpağın xışla deyil, kоtanla şumlanmasını təklif etmişdir.
Həyatının son illərində Həsən bəy Zərdabi Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq etmişdir. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də o olmuşdur.
Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic olmuş və 1907-ci il noyabr ayının 28-də vəfat etmişdir. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn edilib. 1937-ci ildə həmin ərazi dağıdılmış, mərhumun sümükləri bir neçə il evdə ailəsinin yanında qalmış, sonradan həyat yoldaşının məzarı ətrafında dəfn edilmişdir.
Sovet höəüməti onun adını millətçi, türkçü olduğuna görə unutdurmağa çalışmışdır. Stalinin ölümündən sonra yenidən milli ziyalılar tətfindən araşdırmalar aparılıb. 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən məzarı Fəxri Xiyabanda köçürülmüşdür.
Ailəsi
Həsən bəy Zərdabinin yaxının ətrafı barədə məlumatlar:
- atası, babası, dayısı və sairləe barədə: mənbə
//zardob.blogspot.com/2020/05/hasan-bay-zardabi-ailasi.html
//zardob.blogspot.com/2017/10/saffat-malikov-zardabi.html
//www.anl.az/down/meqale/kaspi_az/2012/sentyabr/262632.htm
Fəaliyyəti
əkinçi
//az.wikipedia.org/wiki/%C6%8Fkin%C3%A7i_(q%C9%99zet)
//www.anl.az/down/meqale/xalqqazeti/2012/iyul/X213.htm
ilk müasir milli ailə
//teleqraf.com/news/art/141788.html
Qızlar məktəbi
//azertag.az/xeber/Bakida_ilk_qiz_mektebinin_yaradicisi_kimi_tarixe_dusen_Henife_Melikova_Zerdabi-1135082
//www.bbc.com/azeri/azerbaijan/2014/08/140814_ww1_school_for_girls
ilk təbiətşünas alimləri
ilk teatr tamaşası
marifçilik, azərbaycançılıq
//www.anl.az/down/meqale/azerbaycan/2012/iyul/561.htm
//www.anl.az/down/meqale/ses/2012/mart/237910.htm