Hesablama Palatası “Azərbaycan” Nəşriyyatında yoxlamalara başladı – Nə baş verir?
14:34 / 14.07.2021
1187
Azərbaycan
Respublikası Hesablama Palatası "Azərbaycan” Nəşriyyatında audit yoxlamasına
start verib.
Sfera.az-ın
məlumatına görə, uzun illərdir, heç bir maliyyə yoxlanışına məruz qalmayan "Azərbaycan”
Nəşriyyatı ilə bağlı belə bir qərarın verilməsi ehtimal edilən maliyyə yeyintiləri
ilə əlaqədardır.
Xatırladaq
ki, "Azərbaycan” Nəşriyyatının direktoru sabiq millət vəkili Ağabəy Əsgərovdur.
Onun rəhbərlik etdiyi illər ərzində isə nəşriyyatda nəinki hansısa təmir-tikinti
işləri aparılmayıb, əksinə bina demək olar ki, baxımsızlıqdan dağılıb,
infrastruktur talan edilib.
Qəzet-jurnal
və onlayn media qurumlarına icarəyə verilən redaksiya otaqları isə bərbad vəziyyətdədir.
Kimsə öz maddi hesabına otağını təmir etdiribsə, bu başqa məsələ, amma digər əksər
otaqlar uçub, dağılır. Koridorlar, sanitar qovşaqlar isə müharibədən çıxmış məkan
təəssüratı yaradır.
Əvəzində
isə nəşriyyatın otaqları təyinatından kənar istifadə edilir. Burada stamotoloji
klinikadan tutmuş, qızıl alveri edən biznes strukturuna qədər bir çox icarəçiyə
rast gəlmək mümkündür. Bütün otaqların icarəyə verilməsinə baxmayaraq, binanın
təmiri, heç olmasa qorunması nədənsə Ağabəy Əsgərovun yadına düşmür.
Odur ki,
Hesablama Palatasının burada yoxlama aparmasından sonra ortaya ciddi maliyyə
maxinasiyalarının çıxacağı şübhə doğurmur. Bu isə sözün həqiqi mənasında isə
Ağabəy əsgərov üçün son olacaq.
Orxan