HERMES FİNANCE lizinq şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində vəsait ayırıb

HERMES FİNANCE lizinq şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna  10 min manat məbləğində vəsait ayırıb
 
Bildiyiniz kimi Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli
Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə
tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Ölkənin aparıcı lizinq şirkətlərindən olan HERMES FİNANCE Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin koronavirus (COVİD-19) infeksiyasına qarşı
mübarizə çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat
məbləğində vəsait köçürüb.
Məqsəd koronavirus (COVİD-19) pandemiyasının geniş yayılmasının qarşısının
alınması istiqamətində sosial həmrəyliy nümayiş etdirmək və ölkə iqtisadiyyatına təhlükəli
xəstəliklə mübarizədə öz töhfəsini verməkdir.

OXŞAR XƏBƏRLƏR