\"Hərəsi bir torba götürüb qapı-qapı düşüb ki...\" - Paşinyan seçkidə qalib gələ biləcəkmi?

\
"Paşinyan məğlub lider kimi bu gün dünyada radikal, milliyətçi, faşist ideolagiyası ilə yaşayan ermənilər tərəfindən qəbul olunmur”.

Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. O bildirib ki, son zamanlar Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikolun sərsəm bəyanatları ilə yanaşı, müəyyən konstruktiv fikirləri də var:

"Paşinyan seçki kampaniyasında bir neçə yerdə bəyan edir ki, Mehri dəhlizinin açılması bizə xeyirdir. Yəni belə hallar da mövcuddur. O Qərbə, Ermənistanın eks-prezidenti Robert Köçəryan isə Şimala yönəlib. Hərəsi bir torba götürüb qapı-qapı düşüb ki, seçki kampaniyalarını müəyyən mənada gücləndirmək üçün dəstək axtarsınlar. Hesab edirəm ki, Paşinyan bu gün sülh, əməkdaşlıq üçün Köçəryandan daha sərfəlidir”.

Millət vəkili qeyd edib ki, Köçəryan cəlladdır və onun əli günahsız azərbaycanlıların, xocalıların, körpələrin qanına batıb:

"Bu baxımdan onun hakimiyyətə gəlməsi bölgədə vəziyyəti daha da gərginləşdirə bilər. Ancaq Nikol məğlub durumda olan lider kimi yenidən bəraət qazanmaq üçün çalışacaq ki, xalqı, dövləti dirçəltmək məqsədilə qarşılıqlı danışıqlara getsin, sülhə nail olsun. Buna görə də o, Qərbə yox, Moskvaya getməli idi. Ermənistanın müdafiəsinin, hər şeyinin açarı Rusiyanın əlindədir. Qərb isə fitva verəndir”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR