Hərəkat sədrindən BDU rektoruna ÇAĞIRIŞ
"Düşünürəm ki, gənclik insan ömründə səhvlər və səhvlərdən çıxarılan nəticələrlə müşaiyət olunan dövrdür. Gənc səhv edə bilər, amma böyüklük gəncin səhvini başa salıb, ona düz yol göstərməkdir”.
Sfera.az xəbər verir ki, bu sözləri "DAVAM” Ümumrespublika Gənclər Hərəkatının sədri Nihad Allahyarlı özünün facebook hesabında yazıb.
Hərəkat sədri bir neçə gün öncə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlunun dərs zamanı Universitetin daxili nizam-intizam qaydalarını pozması səbəbilə universitet sıralarından xaric edilməsinə münasibət bildirərkən bunları qeyd edib:
"Bütün məsələlərdə bu belədir. Necə ki, Vətən Müharibəsində "tarix dərsindən iki alan uşaqlar, indi tarix yazırlar” deyə bir reallıq var idi, Pərviz də sabah Vətən üçün nə fayda verəcək, biz bunu bilmirik.
Amma bildiyim budur ki, bizə küskün yox, sevgi dolu fədakar insanlar lazımdır. Bir nəfəri küsdürmək, onu qazanmaqdan asandır. Gəlin biz çətin olanı, insan qazanmağı seçək. Bir anlıq səhv illərin zəhmətini, insan həyatını məhv etməməlidir.
Düşünürəm ki, doğma Bakı Dövlət Universiteti və Rektor Elçin Babayev tezliklə məlum məsələ ilə bağlı fərqli yanaşma sərgiləyərək Pərvizə daha bir şans verəcək, onu universitet sıralarına geri bərpa edəcəkdir”.
İnci
Sfera.az