Hərbi Qənimətlər Parkında maketlərə toxunmaq, texnikaların üzərinə çıxmaq olmaz XƏBƏRDARLIQ - VİDEO

Hərbi Qənimətlər Parkında maketlərə toxunmaq, texnikaların üzərinə çıxmaq olmaz XƏBƏRDARLIQ - VİDEO
Bu günlərdə istifadəyə verilən Hərbi Qənimətlər Parkına gələn bəzi şəxslər sanki buranın bir muzey olduğundan xəbərdar deyillər. Onların içərisində elələri var ki, parkda sərgilənən erməni hərbiçilərinin maketlərinə toxunaraq sanki onu yararsız vəziyyətə salmaq istəyirlər. Halbuki  park ərazisində sərgilənən bu eksponlatlara ziyarətçilərin toxunmaması ilə bağlı xəbərdaredici lövhələr vurulub.

Sfera.az-ın məlumatına görə, ''Regional İnkişaf'' İctimai Birliyinin layihə kordinatoru Zəhra Hacıyeva deyib ki, park əməkdaşları bura ziyarətə gələn vətəndaşlara sosial ara məsafəsini saxlamaq, tibbi maskadan istifadə etməklə bağlı məlumat verirlər. Ancaq bəzi şəxslər bu qaydalara nədənsə əməl etmirlər. Bundan başqa, parkda sərgilənən erməni hərbiçilərinin maketlərinə və digər hərbi texnikalara toxunmamaqla bağlı da vətəndaşlara məlumat verilir.

Bir neçə gün əvvəl erməni hərbiçisinin maketinə qarşı xoşagəlməz hərəkətlər edən şəxslə bağlı hüquq-mühafizə orqanları araşdırma aparılıb və həmin şəxsin bu əməlinə hüquqi qiymət veriləcək.

Hərbi Qənimətlər Parkında çəkiliş apardığımız zaman hərbi texnikaların üzərinə çıxıb foto çəkdirənlərə rast gəldik. Parkın mühafizəçiləri onlara yaxınlaşıb xəbərdarlıq etdilər.

Qeyd edək ki, vətəndaşlar Hərbi Qənimətlər Parkı ilə bağlı istənilən təklifləri parkın menecerlərinə verə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...