Hərbi əməliyyatın dayandırılmasını istəyir, ancaq işğalçıya təzyiq etmir - Politoloqdan dünya güclərinə etiraz

Hərbi əməliyyatın dayandırılmasını istəyir, ancaq işğalçıya təzyiq etmir - Politoloqdan dünya güclərinə etiraz

"Dünya gücləri geosiyasi maraqları və xristian amili səbəbindən indiki halda belə Ermənistana torpaqlardan çıxmaq üçün təzyiq etmir”.


Bu sözləri Sfera.az-a açıqlamasında beynəlxalq təşkilat və dünya güclərinin son günlər Dağlıq Qarabağ cəbhəsindəki döyüşlərin dayandırılmasına çağırış etmələri, lakin sülhə nail olmaq yolunda başlıca əngəl olan Ermənistana yenə də təzyiq etməmələrinn səbəblərinə toxunarkən politoloq Nəzakət Məmmədova deyib:


"Qarabağ cəbhəsində hərbi əməliyyatların dayandırılmasına çağırış edən xarici qüvvələr sülhə nail olmaq üçün İrəvana ona görə təzyiq etmir ki, vəziyyətin bu cür qalması onların marağına cavab verir. Onlar bilirlər ki, məsələ sülh yolu ilə həll olunan deyil. Azərbaycan vəziyyətin bu cür olması, yəni torpaqlarının işğalda qalması ilə heç zaman barışmayacaq. Ermənistan isə işğaldan əl çəkmir. Dünya gücləri də bölgəmizdə indiki halda bu cür vəziyyətin qalmasında maraqlıdır.

 

Müasir beynəlxalq qanun və qaydalar işğal olunmuş əraziləri birmənalı olaraq Azərbaycan ərazisi kimi tanıyır. Ona görə də dünya birliyi bu sistemlə barışmaq məcburiyyətindədir, de-yure prosesi dəyişdirə bilmirlər. Yəni, hüquqi cəhətdən torpaq Azərbaycanındır, ona görə də onu qoparıb ala bilmirlər. Amma faktiki olaraq torpaqlar Ermənistanın işğalı altındadır. Görünür, yaranmış bu vəziyyət də dünya güclərinin ürəyincədir”.


Həmsöhbətimiz qeyd etdi ki, BMT tərəfindən bəzi qətnamələrinin icrasına ani olaraq nail olan dövlətlər Ermənistanı bir anın içində torpaqlardan çıxmağa məcbur edə bilərdilər. Amma bunu istəmədiklərindən İrəvana bir dəfə də olsun təzyiq etməyiblər. Onlara vəziyyətin bu cür qalması sərfəlidir.

 

Digər tərəfdən, politoloq bildirdi ki, Qərbə bölgəmizdə xristian anklavı lazımdır. Həmin dairələrin işğalçı Ermənistana təzyiq etməməsində həmçinin xristian himayəçiliyi də öz sözünü deyir. Yəni, burada xristian amilinin rolu böyükdür. Lakin əsas məqam dünya güclərinin geosiyasi maraqlarından qaynaqlanır”.


 

Elçin


OXŞAR XƏBƏRLƏR