Hərbi ekspert: “Gürcüstan Azərbaycanla birgə “SU-25”lər istehsal edə bilər”

Hərbi ekspert: “Gürcüstan Azərbaycanla birgə “SU-25”lər istehsal edə bilər”
 

"Gürcüstan "SU-25” hücum təyyarələrinin istehsalını Azərbaycanla birgə inkişaf etdirə bilər”.

"Report”un yerli bürosu xəbər verir ki, bunu hərbi ekspert Vaxtanq Maisaya "Rezonansi” qəzetinə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, hərbi təyyarələrin istehsalının bərpası məsələsində Gürcüstanın Ukrayna ilə əməkdaşlıq edəcəyi ehtimal olunur: "Ukraynada aviasiya sahəsinin möhkəm təməli var. Bu sahə Azərbaycanla birgə də inkişaf etdirilə bilər. GUAM ölkələrinin potensialından da istifadə etmək mümkündür”.

Qeyd edək ki, Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili bu yaxınlarda "SU-25” hərbi təyyarələrinin ölkədə istehsalı, təmiri və bərpası üçün bütün texniki, intellektual və insan resurslarının olduğunu bildirib. Nazir deyib ki, müxtəlif ölkələr bu tip təyyarələrə böyük maraq göstərirlər.

Xatırladaq ki, SSRİ dövründə Tbilisi Aviazavodu fəaliyyət göstərib. Zavodda keçmiş sovet respublikalarındakı müəssisələrdən əldə edilən komplektlər əsasında aviatexnikaların yekun yığılması həyata keçirilib.  


OXŞAR XƏBƏRLƏR

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...