Hərbi ekspert Ermənistanın “fake” xəbərlərini ifşa etdi

Hərbi ekspert Ermənistanın “fake” xəbərlərini ifşa etdi
"Ermənistan tərəfinin paylaşdığı videokadrların bu gün başlayan hərbi əməliyyatlarla əlaqəsi yoxdur”.

Bunu Ordu.az-ın hərbi eksperti Ədalət Verdiyev deyib.
O qeyd edib ki, burada əks olunan hərbi vasitələrin vurulması həm ərazi baxımından, həm də taktiki baxımdan həqiqəti əks etdirmir.

"Zirehli vasitələrin hücumu və ya əks-hücumu zamanı həmin vasitələrin bölmələrin hücum xətlərinə açılması, düşmənin ön xəttindən bir neçə kilometr aralıda baş baş verir.

Hücum zamanı tankların lüləsinin fərqli istiqamətə yönəlməsi isə ağlabatan addım deyil. Tankın məhv edilməsi kadrları, böyük ehtimalla, başqa zamanda və başqa məkanda lentə alınıb və ya montaj vasitəsilə əldə olunub.

Əvvəllər də Ermənistan tərəfinin bu tip metodlardan istifadəsi faktları ilə qarşılaşmışıq. Ermənistan bu əməliyyatların əhəmiyyətini azaltmaq, Azərbaycan Ordusunun əldə etdiyi ərazilər və onlarla erməni hərbçisinin itirilməsi fonunda işğalçı orduya mənəvi psixoloji dəstək vermək məqsədi daşıyır.

Heç bir halda ərazilərin yarılmasından öncə zirehli texnikalar açıq ərazidə düşmənin atəş zonasında yerləşdirə bilməz.

Hesab edirəm ki, günün sonuna qədər azad ediləcək ərazilər haqqında yayılan məlumatlar erməni tərəfinin bu "fake” informasiyalarının təsir radiusunu tam məhdudlaşdıracaq”, - deyə ekspert bildirib.


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...