Hərbi ekspert Aleksey Arestoviç hərbi əməliyyatları şərh etdi: Azərbaycan ordusunun yolu tam açılıb

Hərbi ekspert Aleksey Arestoviç hərbi əməliyyatları şərh etdi: Azərbaycan ordusunun yolu tam açılıb

Rusiyalı hərbi ekspert Aleksey Arestoviç Dağlıq Qarabağda həyata keçirilən hərbi əməliyyatları şərh edib. Sfera.az onun fikirlərini olduğu kimi təqdim edir.


Azərbaycanın Müstəqillik Günü.

 

 

1. Müharibə.


Son sutkalar həlledici oldu- Füzuli və rayonun daha yeddi yaşayış məntəqəsi işğaldan azad edildi.


Azərbaycan ordusu İranla sərhəd boyu hücumlarını davam etdirdi və tərəflərin verdiyi məlumata görə, döyüşlər artıq Xudafərin su anbarı yaxınlığında gedir.


Üstəlik, ermənilərin atıb getdiyi sərhəd zastavalarında / ərazilərində artıq Azərbaycan sərhədçiləri xidmət çəkir.



Bu istiqamətdə hərəkətin gözəlliyi və erməni tərəfi üçün ölümcültəhlükəsi nədədir?


Əvvəla, İrandan Ermənistana (red. bu Ermənistanın son quru nəqliyyatı yoludur) silah və hərbi texnika, maddi ehtiyatlar çatdırılmasının qarşısı alınır.

İkincisi, şimala hücum Azərbaycan ordusunu Laçın dəhlizinə- Ermənistanı Qarabağla birləşdirən və hələ də Azərbaycanın nəzarətində olmayan son avtomobil yoluna (red. Vardenisin şimalından Heyvalıya aparan yol Bakının atəş nəzarəti altındadır) gətirib çıxaracaq.


 

 

Bu isə qondarma respublikanın sonu demək olacaq və bu son çox yaxındadır.

 

Üstəlik, Azərbaycan ordusunun Füzulidə yerləşdirilən birləşmələri şimal istiqamətində, Xocavənd/Martuniyə doğru irəliləyərək, şərq cəbhəsindəki erməni qoşunlarının Xocavəndə və Qaradağıya çıxışını kəssə və eyni zamanda Qırmızı-bazara tərəf getsə, Ermənistanın "DQR”kı müdafiəsi sona varar, foto 4.

Nə üçün mən artıq Azərbaycan ordusunun hücumunun mümkün istiqamətləri barədə nisbətən sərbəst yazıram?

 

Çünki onlar (red. hücum istiqamətləri):


- məntiqlidir və çoxlarına aydındır


- çünki erməni tərəfi artıq bunu anlayır

 

 

Ermənilərin cəbhədə böhran yaşayacaqları şübhə doğurmur.


Yox, bu hələ qaçış və məğlubiyyət deyil, amma bunların qaçılmaz olduğu göz önündədir.

 

Dünən Azərbaycan ordusunun yayımladığı video görüntülərdəəsasən ermənilərin canlı qüvvələrini hədəf alan 79 dəqiq zərbə yer alıb. Erməni əsgərləri sözün hərfi mənasındatək-tək məhv edilir.


 


Guman etdiyimiz kimi, azərbaycanlılar aşırımlardan keçərək cəbhə boyu irəliləməyə hazırlaşır. Bildiyimiz kimi, bu yolda, xüsusiulə də müdafiə olunan tərəfdə piyada qoşunlarının rolu kəskin surətdə artır. Bunu nəzərə alan Azərbaycan ordusu erməni piyada qoşunlarının döyüş ruhunu sarsıtmağa, yanacaq anbarlarına zərbə endirməklə isə erməni texnikasını iflic vəziyyətinə salmağa qərar verib.

 

Bu isə təsirsiz ötüşə bilməz. Səmadan gələn daimi təhlükə şəraitində, davamlı olaraq istiqaməti bilinməyən raket zərbələrinin səksəkəsini yaşayan ən güclü sinirlərə malik əsgərlərin belə, döyüş ruhu sarsılacaq, onlarda qorxu yaranacaq, qorxu isə məğlubiyyətin başlanğıcıdır.

 

Ümumiyyətlə, hərbi çevrələrdə Ermənistan ordusunun hazırkı məğlubiyyəti silah və texnika cəhətdən Azərbaycan ordusundan qat-qat zəif olması ilə izah edilir.


Şəxsən mən bu fikrin kökündən yanlış olduğunu hesab edirəm.

 

Əlbəttə, Azərbaycan tərəfi həlledici texniki üstünlüyə malikdir və buna müqavimət göstərmək çətindir.


Amma erməni silahlı qüvvələrinin məğlubiyyətinin əsas səbəbi insan amilidir.


 

Hava hücumlarının 22-ci günüdür, amma erməni tərəfində hələ də hava hücumlarından qorunmaq məqsədi ilə maskalanma (bəzi uğursuz cəhdləri nəzərə almasaq) mövcud deyil. Mobil vasitələr (hava hücumundan müdafiə və artilleriya, tanklar) atıcılıq poliqonunda olduğu kimi, hərəkətsiz dayanıb, azərbaycanlılar hədəflərini qaçırmasınlar deyə, operativ-taktiki komplekslər təmiz, hamar sahədə hərəkət edir.

 

Ermənilərin şansı vardımı? Əlbəttə.


Amma bunun üçün onlar kef çəkmək əvəzinə, gərgin hərbi təlimlər keçirməli idilər.


Misalçün, sovet təsəvvürünə görə, "OSA" zenit raket kompleksinin 10-15 dəqiqə döyüş mövqeyində qalmasını təcrübədən keçirə bilərdilər. Amma bu cür işi təmin etmək üçün bir neçə döyüş mövqeyinin avadanlığı, maskalanmış gözləmə mövqeləri, sarğı, hücuma keçmək və geri çəkilmək yollarının maskalanması və təmin edilməsi, yanlış mövqelərin və maketlərin, müşahidə postlarının avadanlığı və bir sıra digər nəsnələr lazımdır. Bir sözlə, bu gün üstünlük əldə etmək üçün dünən kifayət qədər ciddi işlər görülməli idi.


 

Amma nə erməni komandanlığı tabeliyində olan hərbçilərdən bu işlərin həyata keçirilməsini tələb edə bilməyib, yaxud bunu istəməyib, nə də hərbçilər öz səviyyəsində bunu etməyi düşünməyiblər. Məsələn, danışmaq üçün bütöv bir tağımın açıq məkanda toplaşmasının yaxşı fikir olmadığını təxmin edə bilməyiblər.

 

Maraqlıdır ki, azərbaycanlıların nümayiş etdirdiyi zərbələrin əhəmiyyətli bir hissəsi pilotsuz uçuş aparatlarının (PUA) zərbəsi deyil, PUA-ların kəşfiyyat və istiqamətverici rol oynadığı artilleriya zərbələridir.

 

Demək, "aşkarladı və vurdu” atəş kompleksi düzgün qurulub və səmərəli işləyir. Bu isə bir daha sübut edir ki, Azərbaycan ordusu həmkarından fərqli olaraq, tənbəllik etməsdən vaxtında lazımi tədbirləri görüb.

 

Ermənilər mövcud şəraitdə məğlub olmaya bilərdimi? Düşünmürəm. Amma Azərbaycan tərəfinin qazandığı uğurları əhəmiyyətli dərəcədə azaltmağı, öz döyüş potensiallarını qoruyub saxlamağı bacarardılar.


Amma bunun üçün zəhmət çəkmək lazım idi. Anlamadılar, istəmədilər, bacarmadılar.


 

2. Raket müharibəsi.


Oktyabrın 17-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə yenidən raket zərbəsi endirdi. Terror aktı nəticəsində uşaqlar və qocalar da daxil olmaqla, 13 nəfər öldü, 52 nəfər yaralandı.


20 ev dağıdıldı və ya zədə aldı.

 

Gəncənin gecə güllə-baranı Ermənistanın törətdiyi daha bir hərbi cinayətdir.


İrəvan Gəncədəki hərbi hədəfləri vurduğunu iddia edir, amma ayrı-seçkiliksiz silahlarla yaşayış məntəqələrinə atəş açmaqcinayətdir və erməni komandanlığı bunun nəticələrindən xəbərdar olmaya bilməz.


Döyüş meydanında ciddi problemləri olan ermənilərin Azərbaycanın dinc əhalisinə təcavüz etməkdən başqa çarəsi qalmır. Erməni tərəfi ümid edir ki, təcavüzə məruz qalan əhali müharibənin başa çatdırılması məqsədi ilə özünün siyasi və hərbi rəhbərliyinə təzyiq göstərəcək, beynəlxalq birlik də bu məsələyə qarışıb tərəfləri sülhə məcbur edəcək.

 

Bir sözlə, bu Azərbaycan ordusunun cəng meydanında qazandığı uğurların qarşısını almaq və/ və ya onu Ermənistanın mülki hədəflərinə zərbə endirməyə təhrik etmək cəhdidir. Belə olduğu halda, ermənilər "türklərin ermənilərə qarşı törətdiyi soyqırımı” söhbətini daha da inkişaf etdirərək, Azərbaycan ordusunun işğaldan azad edilən Qarabağda guya növbəti erməni soyqırımı təşkil etməyə hazırlaşdığını dünyaya bəyan etmək imkanı qazanacaq.

Azərbaycanın müharibədən kənar şəhərlərinə endirilən zərbələrə cavab siyasətininin əsas istiqamətini açıqlayan prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Gəncənin qisasını Ermənistanın dinc əhalisini qətlə yetirməklə deyil, döyüş meydanında qazandığı uğurlarla alacaq.

 

Bu çox vacib və dəqiq yanaşmadır.

 

Birbaşa hərbi hədəflərin diqtəsi olmadan Ermənistan ərazisinə və mülki obyektlərə zərbə endirməklə qisas almaq yolverilməzdir. Təbii ki, Azərbaycan

tərəfinin düşmənin raket komplekslərinə endirdiyi zərbələr məhz hərbi zərurət idi, onu da qeyd edim ki, təxminən 1 sutka əvvəl erməni tərəfin növbəti raket kompleksi darmadağın edildi.

 

 

3. Siyasət.


Əhəmiyyətli dəyişiklik yoxdur.

 

Mülki əhaliyə zərbə endirməklə, Ermənistan özünün sivil şəkildə anlaşma şansını çox qəlizləşdirdi.

 

"...Ermənistan və Azərbaycan oktyabrın 18-i, yerli vaxtla saat 00:00-dan etibarən humanitar məqsədlərlə atəşkəs barədə razılığa gəldilər”,- - bu, Ermənistan Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən açıqlamada bildirilir.

 

 

Həmişəki kimi atəşkəsə o qədər də yaxşı riayət edilmir. Azərbaycan ordusu yaranmış fasilədən güc toplayıb yeni hücuma hazırlaşmaq üçün istifadə edir.

 
***

 

 

-Azərbaycan xalqını Müstəqillik Günü və döyüş meydanında qazandığı uğurlar münasibəti ilə təbrik etmək, ona yeni-yeni qələbələr və Azərbaycanın işğalda olan ərazilərinin tamamilə azad edilməsini arzulamaq istəyirəm.

 

Qarabağ Azərbaycandır!

 

 

Tərcümə etdi: Selcan


OXŞAR XƏBƏRLƏR