Hərbi cinayətlərin 99,1 faizi açılıb

Hərbi cinayətlərin 99,1 faizi açılıb

Müdafiə Nazirliyi ilə qarşılıqlı əlaqədə görülmüş işlərin nəticəsi olaraq, bəzi hərbi cinayətlərin, o cümlədən qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, fərarilik cinayətlərinin sayının əhəmiyyətli dərəcədə azalmasına, hərbi prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlərin 99,1 faizinin açılmasına nail olunub.

Milli.Az-ın məlumatına görə, bu barədə bu gün Baş Prokurorluqda keçirilən Kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, rüşvətxorluq və korrupsiya faktları üzrə cinayət işlərinin yüksək peşəkarlıq səviyyəsində istintaq edilərək təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsinə, erməni təcavüzkarları tərəfindən törədilmiş soyqırım və digər ağır cinayətlərin araşdırılması istiqamətində məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə nail olunub.

Həmçinin əminlik ifadə olunub ki, Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən hesabat ilində əldə edilmiş müsbət iş göstəricilərinin daha da möhkəmləndirilməsi və fəaliyyət istiqamətləri üzrə işin təkmilləşdirilməsi, artım tendensiyası müşahidə olunan cinayətlərin profilaktikası, cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilmiş işlərin səmərəliliyinin artırılması, xidməti və icra intizamının daha da yüksəldilməsi istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcək.


OXŞAR XƏBƏRLƏR