Hərbçilərimiz Türkiyədən qayıtdılar - FOTOLAR
13:11 / 19.02.2021
1113
1-12 fevral tarixində Qars vilayətində "Qış-2021 Türkiyə-Azərbaycan ortaq hərbi təlimləri”ndə iştirak edən hərbçilərimiz bu gün vətənə yola salınıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin "Twitter" hesabında məlumat verilib.
"Azərbaycanla birlikdə keçirdiyimiz "Qış-2021” təliminə qatılan Azərbaycan Silahlı Qüvvələrindən olan qardaşlarımızı mərasimlə ölkələrinə yola saldıq”,- deyə paylaşımda qeyd olunub.