Hər yerdə havayı, Azərbaycanda pulla... – Koronavirus testləri ilə bağlı açıqlama

Hər yerdə havayı, Azərbaycanda pulla... – Koronavirus testləri ilə bağlı açıqlama

"Virusla bağlı testlər Azərbaycanda da havayı olmalıdır”.


Sfera.az-a açıqlamasında bu sözləri əksər ölkələrdə koronavirusla mübarizə çərçivəsində testlərin pulsuz olması fonunda Azərbaycanda ödənişlə həyata keçirilməsinə münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib:

 

"Azərbaycanda da bu testlər dövlət tibb müəssisələrində pulsuz olmalıdır. Özəl klinikalarda isə müraciət edən vətəndaşlar üçün qiymətlər əlçatan olmalıdır. Dövlət hətta lazım gələrsə, belə testlərlə bağlı həmin müəssisələrə dotasiya verməlidir.

 

Çünki, pandemiya ilə mübarizədə əsas məqsəd vətəndaşların sosial müdafiəsinin təmin edilməsilə onların müalicəsinin təmin olunmsından ibarətdir. Hansısa xəstə kənarda qalırsa, natamam müalicə alırsa, o yenə də yoluxma təhlükəsi yarada bilər. Digər tərəfdən, Konstitusiyaya görə hər bir vətəndaşın effektiv müalicə almaq hüququ var. Bu baxımdan hesab edirəm ki, koronovirusla bağlı keçirilən testlər havayı olmalıdır.

 

Virusun müalicəsində istifadə olunan dərmanlar çox bahadır və hamısı Amerikadan sifariş edilən dərmanlardır. Hazırda bütün diqqətimiz genefondun qorunmasına yönəldilməlidir”.

 

 

"Dövlət xəstəxanalarında bu pulsuzdur, özəl klinikalarda isə artıq testlər aparılmır”.


Bunu isə sayta açıqlamasında baş infeksionist Cəlal İsayev deyib:


"Bəzi testlər var, hansı ki qanda antiterlər, antikorların aşkar olunması üçün yoxlanılır, o da dəqiq test deyil və diaqnastik əhəmiyyət daşımır. Diaqnostik əhəmiyyət daşıyan burundan yaxma götürmək testidir ki, o da yalnız dövlət müəssisələrində aparılır. Düzdür, qabaq bir sıra özəl müəssisələrdə belə tədqiqatlar aparılırdı. Sonra o da dayandırıldı.İndi yalnız dövlət müəssisələrində sahə həkimləri həmin müayinənin aparılmasını təşkil edir və bu zaman heç bir pul tələb edilmir”.

 

"Testlərin qiymətinin əlçatan olması istiqamətində düşünmək olar”.

 

Bu sözlər isə deputat Musa Quliyevə məxsusdur: "Bu testlərin mütləq əksəriyyəti dövlət klinikalarında aparılır. Amma bir neçə özəl laboratoriyaya da imkan verilib ki, testlər aparsın. Testin bu müəssisələrdə baha olmasına gəldikdə, hər halda çox cüzi xidmət haqqı qiyməti alınmaqla bu işi həyta keçirmək olar. Çünki belə çətin dövrdə hər kəs hər kəsə kömək etməlidir. Amma zərurət yoxdursa, insan özü testdən keçirsə, klinikalar bu qiymətləri qoya bilərlər”.

 

Millət vəkili onu da qeyd etdi ki, istənilən halda testlərin alınıb gətirilmə qiymətləri açıqlanmalıdır: "O fikirlə razıyam ki, daha çox insanı testdən keçməyə cəlb etmək üçün özəl laboratoriyalar həm testlərin qiymətini ucuz etməli, həm də bu işlə məşğul olan laboratoriyaların sayı artırılmalıdır. İndiki halda isə bu işi həyata keçirən laboratoriyaların sayı məhdud olduğundan qiymətlər bahadır. Bu istiqamətdə addım atılsa, həm testlərin aparılmasındanövbəlilik olmaz və həm də qiymət aşağı düşər. Ola bilər bir-iki aydan sonra heç bu testlərə də zərurət olmasın. Lakin ikinci dalğanın mümkünlüyü fonunda testlərin qiymətinin əlçatanlığı haqda düşünmək olar”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...