“Hər şey Vüqar Səfərlinin verəcəyi ifadələrdən asılıdır” – Əli Həsənov həbs olunur?

“Hər şey Vüqar Səfərlinin verəcəyi ifadələrdən asılıdır” – Əli Həsənov həbs olunur?

"Dövlətin mətbuata ayırdığı vəsaiti demək olar ki, qanunsuzluqla öz aralarında bölüşdürüblər. Evləri bölüşdürüblər”.


Bu sözləri Sfera.az-a açıqlamasında KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərlinin həbsindən sonra onunla əlbir olan Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun da istintaqa cəlb ediləcəyi ehtimalına münasibət bildirərkən ADP sədri Sərdar Cəlaloğlu deyib:


"O istintaqa açıqlamasında Əli Həsənov əleyhinə müəyyən ifadələr verərsə, onun da cinayət məsuliyyətinə cəlb edilməsilə bağlı əsaslar yaranar. Amma Vüqar Səfərli günahı bütünlüklə öz boynuna alsa, onda Əli Həsənovun məsuliyyətə cəlb edilməsi çətin olacaq. Əslində orada mütəşəkkil cinayətkarlıq baş verib. Söhbət təkcə heç Əli Həsənovla Vüqar Səfərlidən də getmir. Mətbuat Şurasının üzvləri bu cinayətkarlıqda iştirak edib. Hər halda istintaqın gedişində çox məsələ üzə çıxacaq”.


"Müşahidə Şurası, Müşfiq Ələsgərli də məsuliyyətə cəlb edilməlidir”.


Bu açıqlama isə "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevə məxsusdur: "Məntiqlə Əli Həsənov da istintaqa cəlb olunmalıdır. Ümumiyyətlə vəsaitlər Əli Həsənov və silahdaşları tərəfindən ayrılır, siyahılar onlar tərəfindən tutulurdu. Nəzarət də onlar tərəfindən həyata keçirilirdi.

 

İstəsələr də, istəməsələr də vəsaitlərin mədaxil-məxarici, hesabatlılığı, hamısı Əli Həsənov tərəfindən həyata keçirilirdi. Həmçinin, Müşahidə Şurasındakılar, Müşfiq Ələsgərli də mütləq məsuliyyətə cəlb olunmalıdır. Onlar da baş verənlərə göz yumub. Yəni, prosesə nəzarət etməli olan, ancaq bunu etməyənlər də bunlarla əlbir olub. Odur ki, onların hamısı məsuliyyətə cəlb olunmalıdır”.


İctimai xadim Bəxtiyar Hacıyev isə Vüqar Səfərlinin həbsindən sonra bütün diqqətlərin Əli Həsənov üzərində cəmləşməsini qısa olaraq belə ifadə edib: "Vüqar Səfərli həbs edilib. Əli Həsənov haradadır?”

 

 

Sfera.az

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...