“Hər səhər tüksüz başına baxıb ağlayırsan” - Xərçəng olan aparıcı

“Hər səhər tüksüz başına baxıb ağlayırsan” - Xərçəng olan aparıcı

İllərdir xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zümrüd Qasımova İnstaqram hesabında keçəl halda çəkilmiş fotosunu paylaşıb.

"Qafqazinfo”nun məlumatına görə, aparıcı şəkli məhz bu xəstəliyə düçar olan qadınlar üçün paylaşdığını bildirib:

"Hər gün yüzlərlə qadın mənə müraciət edir ki, saçlar sonradan bərpa olurmu? Hər şey əvvəlki kimi olurmu? Bəli, əzizlərim, saç da qayıdır, hər şey əvvəlkindən də gözəl olur. Qorxmayın, vaxtında həkimə gedin. Xəstəlik erkən aşkar olunanda sağalırsan və sevdiklərinin yanında olursan. Mübariz olun, həyat dolu olun, özünüzü sevin və özünüzə inanın.

Mən sizin hər birinizi anlayıram. Ximiyanı qəbul edəndən sonra günlərlə qaytarırsan, əsəbləşirsən, qışqırırsan, ağlayırsan... Radioterapiya edəndə yandığından əziyyət çəkirsən, özünə baxa bilmirsən... Hər səhər tüksüz başına baxıb ağlayırsan... Amma gözəl və güclü xanımlar, sonda sağalırsız. Həyat gözəldi, yaşamağa dəyər. Hər şey keçir. Özünüzü sevin, bu da bir sınaqdır. Ən ağır gününüzdə belə qırmızı dodaq boyası vurmağı unutmayın. Mən yaşadıqlarıma baxmayaraq çox xoşbəxtəm. Allaha sığının”.

Sfera.az



OXŞAR XƏBƏRLƏR

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...