Hər kişinin bilməli olduğu 10 kostyum qaydası

Hər kişinin bilməli olduğu 10 kostyum qaydası
 

Şıq geyinməyi xoşlayırsınız? Kostyum geyinməyi sevirsiniz, amma sizə yaraşmadığını düşünürsünüz? Kostyum hər kişiyə yaraşır. Təbii ki, düzgün istifadə olunarsa... Bu təkliflərimizə diqqət yetirin.

1. Həmişə kəmər taxmalısınız

Kəmər

Şalvarınızda mütləq kəmər olmalıdır. Kəmərsiz şalvar geyinməkdən çəkinin. Və unutmayın ki, kəmər ayaqqabılarınızla uyğun olmalıdır.

2. Qalstukunuz kostyumunuza uyğun olmalıdır

 qalstuk

Müasir kişinin aksesuarları arasında ən vacib silahı qalstukdur. Ancaq buna baxmayaraq, əksər kişilər qalstuk taxmağa üstünlük vermirlər. Qalstuk taxan kişilər düzgün seçim etməlidirlər. Qalstukun rəngini və naxışlarını seçərkən onu hansı mühitdə taxacağınızı düşünməlisiniz. Köynəyinizin rəngindən daha tünd bir qalstuk seçsəniz, bu sizə ciddi görünüş bəxş edər. Qalstukun ölçüsü də vacib məqamdır. Kəmərinizin üstündə bitən və boynunuza uyğun bir qalstuk seçməlisiniz.

3. Köynək tam olaraq əyninizə biçilməlidir

Köynək

Köynək seçərkən bilməli olduğunuz iki şey var: boyun ətrafınızın ölçüsü və qollarınızın uzunluğu. Bu iki ölçünü bilmək sizə ən uyğun köynəyi seçməyinizə kömək edəcək. Köynəyin sizə uyğun olub-olmadığını anlamağın ən sadə yolu çiyinlərdir. Tikişlər çiyninizin üstünə oturmalıdır. Qollarınızdakı düzəlişlərə də diqqət yetirməlisiniz.

4. Pencəyi düzgün seçməlisiniz

Pencək

Kostyumun ən vacib hissələrindən biri pencəkdir. Pencəyiniz bədən tipinizə uyğun olmalıdır. Nə dar, nə də boş olmalıdır. Pencəyin çiyin genişliyi çiyinlərinizin ən ucunda bitməlidir. Uzunluğu da fermuarın bitiş nöqtəsi ilə eyni yerdə bitməlidir. Pencəyinizin iki düyməsi varsa, həmişə yalnız yuxarı düyməni bağlayın. Üç düymə varsa, ortadakını bağlayın.

5. Şalvarın qatına diqqət edin

Kostyum

 

Sizi narahat etməyəcək şəkildə bel ətrafı bir qədər sıxılmalı və şalvar kəmərsiz olsa belə belinizdən düşməməlidir. Heç vaxt pulqabınızı şalvarınızın arxa cibinə qoymayın. Bu həm şalvarınızın xəttini pozur, həm də uzun müddət istifadə zamanı şalvarını yırtılmasına səbəb olur. Şalvarın ayağı aşağıya doğru daralmalıdır. Bunun səbəbi, ayağınızın yuxarı hissəsi ilə aşağı hissəsinin eyni diametrdə olmamasıdır.

6. Ayaqqabılarınızın rəngi

Ayaqqabı

Hansı kostyumla hansı ayaqqabını geyinəcəyinizi bilmirsiniz? Şəkildə mütəxəssislərin etdikləri seçimləri görə bilərsiniz.

7. Corablara diqqət yetirin

Corablara

Corab seçilməsində ən vacib amil şalvarınıza uyğun olmasıdır. Üzərində heç bir şəkil və ya cizgi filmi qəhrəmanı olan corabları geyinməyin.

8. Dəsmal seçimi

Dəsmal

Dəsmal seçərkən naxışının və parçasının qalstukunuzla eyni olmadığına diqqət yetirin. Dəsmal sizi daha şıq göstərəcək.

9. Saat taxmaq

Saat

Qolunuzda həmişə saatın olması önəmlidir. Təkcə kostyum deyil, başqa paltar geyinərkən də saat taxa bilərsiniz.

10. Ətirin düzgün vurulması

Ətir

Ətir vurmaq mövzusunda iki əsas metod var. Ətri ya boyuna, ya da bilək kimi damarın titrədiyi nahiyələrə vurmalısınız. Ətiri qoltuq altına vurmaq olmaz. Çılpaq halda sinənizin ortasına vurmaq qoxunun yavaş-yavaş yayılması üçün çox təsirlidir. Başqa bir üsul isə ətiri havaya vurmaq, sonra ətir sıxılan yerə baş vurmaqdır. Bu üsulla qoxu daha çox üzərinizdə qalar.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bəy toyda gəlinə 69 kilo qızıl bağışladı

Çinin Hubei əyalətində keçirilən toyun görüntüləri dərhal Şərqi Asiya sosial şəbəkələrində yayılıb. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, nə y...

Kosmosda yayılan gizli siqnal alimləri təşvişə saldı - Yadplanetlilərdən şübhələnirlər

Kosmosda daha bir gizli siqnal aşkarlanıb.   Sfera.az bildirir ki, təxminən bir ay əvvəl müşahidə edilən siqnal bu dəfə yapon elm adamları tərəfindən yen...

“Qrup seks ittihamı, yəhudilərlə işbirliyi...” – Molotov arvadını Stalinin qəzəbindən niyə qoruya bilməyib?

Sfera.az Vyaçeslav Molotovun həyat yoldaşı, SSRİ-nin qadın naziri Polina Jemçujinanın kədərli həyat hekayəsini təqdim edir.  Sovet dövründə yü...

Hansı deputatlar silah gəzdirir? - DİN AÇIQLADI

Milli Məclis deputatlarının xidməti silah gəzdirmək və onu təyinatı üzrə istifadə etmək hüququ var. Bu, 1997-ci il dekabrın 30-da qəbul edilən "Xidməti və mülki...

"Luna" Dubayı tərk etdi: 115 metrlik superyaxtaya yaxından baxış - FOTOLAR

Son bir neçə ildir, mübahisəli boşanma davasına görə, Dubay limanında dayanan, azərbaycanlı milyarder Fərhad Əhmədova məxsus 115 metrlik "Luna” superyaxtası nəh...

Koronavirusa yoluxmaq üçün könüllülər axtarılır – 9 min manat veriləcək

İngiltərə çox maraqlı bir təcrübəni sınaqdan çıxarmağa hazırlaşır.   Sfera.az xəbər verir ki, Londonda bir firma insanların eksperimental peyvəndlə...