“Hər kəs onu söyür, amma 500000 izləyicisi var” - Elməddin Vado ilə razılaşmadı
13:45 / 16.04.2019
3494
"Stand-up" sözünün əsas mənası ayağa qalxmaq deməkdir. Eyni zamanda bu ifadə teatrın çox qədim növlərindən biridir. Sözügedən sənət növü Amerikada, Avropada, hətta bir çox Asiya ölkələrində inkişaf edib. Bəs Azərbaycanda necə? "Stand-up"çılar çıxışları ilə ancaq pul qazanırlar, yoxsa vacib mesaj ötürürlər? Daha çox gənc aktyorlar içərisində yayılan "stand-up" şoularda söyüşlər, +18 kateqoriyalı ifadələr nədən işlədilir?
Bu barədə danışan şən və hazırcavab, "Bakılı oğlanlar” komandasının uğurlu iştirakçılarından olan Vado Korovin düşünür ki, "stand-up" şoularda qeyri-etik ifadələrdən istifadə olunmasa, daha yaxşı olar:
"Mən Azərbaycanda söyüş və +18 kateqoriyalı ifadələr işlədən "stand-up"çı görməmişəm, heç bunun tərəfdarı da deyiləm. Amma bu, janrın tələbidir və ora gedən tamaşaçı buna hazır olmalıdır. Bizdə bu cür problemlər daha çox vinerlər arasında baş verir. Azərbaycanda elə viner var ki, hər gün söyülür, amma İnstaqramda 500000 izləyicisi var. Bu, nə dərəcədə düzgündür? Vinerlərin bu addımı atmasına səbəb, tez bir vaxtda məşhur olmaq istəyi ilə bağlıdır".
Aktyor Elməddin Cəfərovun fikiri isə fərqli oldu. O, söyüşlü "stand-up"lara normal baxdığını bildirdi:
""Stand-up" şoular qapalı yerlərdə olur, ona görə də orada səslənən bütün ifadələrə normal baxıram. Türkiyədə Cem Yılmazın bütün çıxışlarında aktual +18 ifadələr səsləndirilir və bəyənilir, çünki aktualdır”.
Ümumiyyətlə, Azərbaycanda "stand-up"la bağlı fikir heç vaxt birmənalı olmayıb. Bu da ola bilsin ki, bizdə şounun bu tərəfinin hələ ki, populyar olmamasıdır. Dünyada isə bu işlə məşğul olub, həm molyonlar, həm də hörmət qazananan kifayət qədər məşhur var. Amma təbii ki, təməl normal səviyyədə qurulmalıdır. Əks halda, bayağı yanaşmalar "stand-up"ın populyar olmasına imkan verməyəcək.Redaktor