Hər kəs ona İNANMAQ İSTƏYİR: "İki aydan sonra..."
Sağlıq
01:52 / 06.01.2022
2589
"Koronavirus pandemiyası "Omikron" ştamı ilə sona çatır. İki aydan sonra normal həyatımıza qayıdacağıq".
Sfera.az publika-ya istinadla xəbər verir ki, bunu Danimarkanın aparıcı yoluxucu xəstəliklər üzrə mütəxəssislərindən biri olan Danimarka Dövlət Serum İnstitutunun baş epidemioloqu Tyra Grove Krause deyib.
O bildirib ki, "Omikron" ştamında yoluxanların xəstəxanaya yerləşdirilmə riski "Delta" variantındakından 50 faiz azdır:
"Düşünürəm ki, iki aya nəticələr əldə edəcəyik. Ümid edirəm ki, infeksiya azalmağa başlayacaq və biz normal həyatımıza qayıdacayıq".