Hər gecə yatmazdan əvvəl yeyin və möcüzəni görün

Hər gecə yatmazdan əvvəl yeyin və möcüzəni görün
Bəzi tibb məktəblərinin apardığı təcrübə kivinin möcüzəvi xüsusiyyətlərini üzə çıxarıb. Araşdırmalara görə, kivi bağırsaq hərəkətlərini nizama salır və həzmi asanlaşdırır. Mütəxəssislər həzmsizlikdən şikayət edən insanlar arasında təcrübədə məlum olub ki, kivi yeyən insanların həzmi rahatlaşır. Cebhe.info kivinin digər faydalarını təqdim edir. Aparılan araşdırmalar zamanı kivinin yuxu rejiminin yaxşılaşdırdığı öyrənilib. Yüksək miqdarda kalsiuma sahib olduğu üçün yatmazdan bir saat əvvəl yeyilən bir ədəd kivi daha rahat yuxunu təmin edir. Eyni zamanda ruhu yüksək tutmağa da kömək edir. Qanı sulandıran xüsusiyyətinə görə kivi təbii aspirin olaraq bilinir. Yəni gündə 1 aspirin qəbul etmək əvəzinə bir dənə kivi yemək sağlamlığa daha faydalıdır. Aspirinin çox qəbul etmək məsləhət görülmür. Bu halda bağırsaq divarına zərər verə bilir. Gündə bir dənə kivi aspirin dərmanının mədə ağrısı, bulanması və qanama kimi mənfi təsirlərindən uzaq durmağa bəs edir. Aşağı kalorili, amma yüksək enerji verən, antioksidan zəngini kivinin tərkibində olan qida maddələri aşağıdakı xəstəliklərə yararlıdır. Ürək sağlamlığı Kivi zəngin lif və kalium tərkibi ilə ürək sağlamlığını qoruyan bir meyvədir. Ürək damar xəstəliklərini minimuma endirmək üçün qidalanmadakı natrium miqdarını azaldıb kalium miqdarını artırması, bu sahədə rastlanan ən məşhur tövsiyələrdəndir. Təzyiq Kalium tərkibli kivi, çox duz istehlakının yüksək təzyiq riski doğurması kimi, gündəlik bəslənmədə potasyuma kifayət qədər yer verilməməsi baxımından təhlükəlidir. Həzm sistemi Kivi həzm sisteminin sağlamlığını qorumağa köməkçi meyvələrdən biridir. Bağırsaqların işini və həzmi asanlaşdıran, ləzzətli bir lif qaynağıdır. Bağırsaqları işlədərək qəbizliyi önlədiyi kimi zülalların həzmini və həzm sisteminin işini də asanlaşdırır. Bağırsaqlarda yalnız zərərli bakteriyalar tapılmaz, həmçinin həzmi asanlaşdıran faydalı bakteriyalar da var. Kivi bu faydalı mikroorqanizmləri bəsləyərək həzmə köməkçi olur. Qəbizlik Kivinin bağırsaqları işlətmə istiqamətində orta bir təsiri olduğu da sübut olunub. Xüsusilə qəbizlik problemi olan yaşı şəxslərə nizamlı olaraq kivi yemələri məsləhət görülür. Ancaq kivinin laksatif təsiri çox deyil. İmmun sistemi Kivinin tərkibindəki antioksidanlar, vitamin, mineral və digər qidalandırıcı maddələr immun sistemi üzərində müsbət təsir göstərir. Bu da əhəmiyyətli bir nöqtədir, çünki güclü immunitet bir çox xəstəliyə qarşı bədənin özünü yaxşı qorumasına kömək edir. Soyuqdəymə Soyuqdəymədən qorunmaq üçün bol-bol C vitamini qəbul etmək və bunun üçün də qış aylarının vazkeçilməz meyvəsi portağala müraciət məlum məsləhətdir. Ancaq qışda soyuqdəymədən qorunmaq üçün başqa bir C və E vitamini deposunun da kivi olduğunu unutmamaq lazımdır. Astma C vitamini ilə zəngin meyvələri istehlak etmənin, ağciyər funksiyalarını yaxşılaşdırdığı bildirilir. C vitamininin astmalı xəstələrdə ağciyərlərdəki iltihabın qarşısının alındığı da deyilir. Aralarında sitrus bitkiləri və kivinin də olduğu müxtəlif meyvələri həftədə bir neçə gün istehlak edən astmalı uşaqlarda xırıltının azaldığına dair məlumatlar da var.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...