Hər gecə eyni saatda yuxudan oyanırsız? – Saata görə problemini axtar

Hər gecə eyni saatda yuxudan oyanırsız? – Saata görə problemini axtar
 Yəqin ki, çoxunuzda belə olur. Şirin yatdığınız halda, gecənin bir yarısı qəfildən oyanırsız, saata baxırsız. Və tez-tez eyni saatda oyandığınızı görürsüz. Bunun səbəbini anlamırsız.

Sfera.az bildirir ki, qədim Çin təbabəti bunun səbəbsiz baş vermədiyini bildirir. Problem bədəndəki enerji meridianları boyu blokların olması və bəzi orqanlara Şİ enerjisinin axınının pozulmasıdır.

Belə ki, gecənin müəyyən saatları bir meridian aktivləşir və bura bəzi orqanlar aiddir.

Hansı orqanda ki, problem, xəstəlik, müsbət enerji çatışmamazlığı varsa, həmin saatda insana narahatlıq yaradıb, onu oyadır.

Məsələn, axşam saat 21:00-23:00 arası - qalxanvari vəz saatıdır. Bu saatlarda yatmaq bu orqan üçün çox vacibdir. Yatmadıqda zob, hormonal disfunksiya, kistlər əmələ gəlir. Və bu orqanında problem olanlar bu saatlarda heç yuxuya gedə bilmir. Əgər yatsa da, saat 22-23:00 arası qəfil oyanır. Çox gərgin insanlar da bu saatlarda yata bilmir.

Saat 23:00-01:00 arası - öd kisəsi saatıdır.

Bu saatda qəfil yuxudan oyanma (bu hal hər gün və ya tez-tez baş verirsə) öd kisəsində problem, daş, iltihab olduğunu göstərir. Siz bu orqanı müalicə etməli və axşamlar yağlı, duzlu qidalar yeməməlisiz.

İncik insanlar, məyus olanlar, kimdənsə küsənlər, gizli kini, nifrəti olanlar və ürəyində kimisə asıb kəsənlər ya bu saata kimi yuxuya gedə bilmirlər, ya da yatsalar da mütləq eyni bu saat arası oyanırlar.

Saat 01:00- 03:-00 - qaraciyər saatıdır. Bu saatlarda qaraciyər özünü və qanı təmizləyir. Toxuma və orqanlardan artıq toksinlər, qalıqlar çıxarılır. Bu saatda oyanmaq qaraciyərin çox yükləndiyini və işinin öhdəsindən yaxşı gəlmədiyini göstərir. Bu saatda oyandıqda mütləq 1` stəkan su için. Neqativ enerji ilə yüklənənlər, işindən narazı olanlar, qəzəbli olanlar da bu saatda oyanır.

03:00 - 06:00 - ağciyərlərin vaxtıdır. Bu arada daha çox öskürək, sıxılma, boğulma, asqırıq, burun tutulması, qıcıqlanması ilə oyanırlar. Demək, ağciyərlərinizdə problem var və ya siz çox pis qidalanırsız.
Çox böyük dərdi, gizli kədəri, təzə itkisi olanlar da bu saatlarda oyanır.

Yatmazdan əvvəl tənəffüs gimnastikası edin, su için, bir qədər döş qəfəsini hərəkət etdirən idman hərəkətləri edin.

05:00-07:00- bağırsaqlar. Yuxunun ən şirin vaxtıdır, bu zaman qəfil oyanırsızsa, həzm pozulmanız, bağırsaq probleminiz var. Qəbizliyi, ishalı, artıq çəkisi olanlar ən çox bu saatda oyanır.

Həyatından narazı olanlar, tələsənlər, özünü nədəsə günahkar bilənlər də bu saatda qəfil oyanır. Bu problemlər üzərində işləyin, mədə-bağırsağınızı qaydaya salın.
 
(medicina.az)

OXŞAR XƏBƏRLƏR

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...