“Hər dəfə aç-bağla, özümüz də bezmişik...” – Millət vəkilindən karantin qadağalarına ETİRAZ

“Hər dəfə aç-bağla, özümüz də bezmişik...” – Millət vəkilindən  karantin qadağalarına ETİRAZ
Bir sıra karantin qadağaları zaman-zaman müzakirəyə çevrilib, onların lüzumsuzluğu haqda fikirlər səsləndirilib. O cümlədən həftəsonları, bayram günlərində ictimai nəqliyyatın işləməməsi əksəriyyətin narazılığına səbəb olur. Nazirlər Kabinetinin sonuncu – 8 Mart qərarı isə bu məsələni yenidən gündəmə gətirib.
 
Bayram günlərində, həmçinin həftəsonları ictimai nəqliyyatın işləməməsinə ehtiyac varmı?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev Sfera.az-a açıqlamasında deyib ki, Azərbaycanda pandemiyaya olan münasibət dünya ölkələrində olan münasibətlərdən hər zaman fərqli olub: "Mən bu fərqliliyi başa düşmürəm. Biz bunun öhdəsindən çox çətinliklə gəlirik. Hətta az xəstə olanda da panikaya düşürük. Ölkədə hökumət üzvlərindən də, qərarı verənlərdən də həmçinin eyni reaksiyanı görürük. Panikanın nəticəsində bu cür qeyri-populyar qərarlar qəbul edirlər.

Almaniyada gündə 10 min nəfər yoluxur, birtəhər öhdəsindən gəlməyə çalışırlar. Rusiya kimi böyük ölkədə karantin müşahidə olunmur. Yəqin onlar vətəndaşları başqa cür tərbiyə edə biliblər, biz edə bilmirik. Amma avtobuslarda insanların bu formada getməsi, o cümlədən həftəsonları nəqliyyatın işləməməsi insanların şəxsiyyətinin alçaldılmasıdır. Vətəndaşlar özlərini alçaldılmış hesab edir, təbii ki, buna yol vermək olmaz”.

R.Nurullayev düşünür ki, metroda qızdırma ölçən aparat quraşdırılmasını, hər bir insanın növbə ilə keçməsini təmin etmək mümkündür: "Bunları tənzimləmək olar. Amma  insanlara bu cür münasibəti qəbul etmirəm. Hesab etmirəm ki, bu yolla yoluxanların sayınının 300-dən aşağı olmasına nail olmaq olar. Bu gün vaksinasiyanın vurulmasını sürətləndirmək və digər tədbirlərə əl atmaq lazımdır ki, pandemiyadan qurtulaq. Yoxsa hər dəfə aç-bağla, özümüz də bezmişik və nəticəsi yoxdur”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...