\"Hər bir Azərbaycan vətəndaşının qarşısında duran başlıca vəzifə Xocalı soyqırımını dünyada tanıtmaqdır\"

\

"Bu gün hər bir Azərbaycan vətəndaşının qarşısında duran başlıca vəzifə Xocalı soyqırımının dünyada tanıdılması, cinayətkarların cəzasına çatması istiqamətində iş aparmaqdır".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini qeyd edib ki, bu, bütün Azərbaycan xalqının iradəsinə söykənən və Azərbaycan dövlətinin qarşısında duran başlıca vəzifədir:

"Bu istiqamətdə araşdırmalar aparılıb və indi də aparılır. Calışmalıyıq ki, yaxın zamanlarda Xocalı soyqırımına beynəlxalq ictimaiyyət tərəfindən həm siyasi, həm də hüquqi qiymət verilsin, cinayətkarların məsuliyyətə cəlb edilməsi təmin olunsun. Bunun üçün beynəlxalq qurumlarla əməkdaşlıq etmək çox vacibdir".


OXŞAR XƏBƏRLƏR