Həmvətənlərimiz Ermənistanın Berlindəki səfirliyinin qarşısında izdihamlı mitinq keçiriblər VİDEO

Həmvətənlərimiz Ermənistanın Berlindəki səfirliyinin qarşısında izdihamlı mitinq keçiriblər VİDEO
 

Almaniya-Azərbaycan Alyansının və Almaniyadakı Azərbaycan Diaspor Təşkilatlarının Mərkəzi Əlaqələndirmə Şurasının təşəbbüsü ilə bu dəqiqələrdə Ermənistanın Berlindəki səfirliyinin binası qarşısında Almaniya paytaxtında yaşayan həmvətənlərimizin genişmiqyaslı etiraz aksiyası keçirilib.

Sfera.az xəbər verir ki, şəhərin hakimiyyət orqanları bu mitinqdə 200 nəfərin iştirakına icazə verib. Tədbirdə Vətənin səsinə hər dəqiqə cavab verməyə və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazır olan Azərbaycan vətənpərvərləri toplaşıblar.

Bu aksiyada iştirak etmək üçün gəlmiş, lakin pandemiya səbəbindən tədbirdə iştirak etməsinə icazə verilən insanların sayından çox olan daha 500 nəfər isə iştirakçıların əsas qrupunun toplaşdığı yerin yaxınlığında sıraya düzülərək əsas iştirakçılar qrupunun səsləndirdiyi şüarları onlarla birlikdə xorla təkrar ediblər.

Mitinq iştirakçılarının söylədiyi "Qarabağ Azərbaycandır!”, "Azərbaycan, biz səninləyik!”, "Ya Qarabağ, ya ölüm!”, "Qarabağ bizimdir, bizim olacaq!” şüarları yeri-göyü lərzəyə gətirib! Ermənistanın Berlindəki səfirliyi bu şüarların əks-sədasından silkələnib! Qoy pərdə arxasında gizlənmiş bədbəxt diplomatlar bu səsi eşitsinlər, qoy onlar satqın nasist Nikol Vardanovıç Paşinyanın meydandan baş nazir kürsüsünə hoppanmış nəvəsinə məruzə etsinlər: illər keçdikcə azərbaycanlılar, sizin ümidlərinizə rəğmən, Qarabağı nəinki unutmayıblar, hətta Vətənin azad edilməsi uğrunda canlarından belə keçməyə daha böyük əzmlə hazırdırlar!

Azərbaycan diaspor təşkilatlarının rəhbərləri həmvətənlərimizin qarşısında çıxış ediblər.

Biz əminik ki, səfirlik binasının daxilində gizlənmiş erməni diplomatlar əsəbi halda, titrəyə-titrəyə bütün bu nitqləri yazıblar, onların yanlarındakı külqabı isə siqaret kötükləri ilə doludur. Düzdür, oxuyun, anlayın: işğal müvəqqətidir, düşmən darmadağın ediləcək, biz qalib gələcəyik! Azərbaycanın bu qədər şanlı övladları var, ona görə sizə heç nə və heç kəs kömək etməyəcək! (azertac)

 

 


OXŞAR XƏBƏRLƏR