Həmvətənlərimiz Ağ Ev qarşısına toplaşdılar - FOTO

Həmvətənlərimiz Ağ Ev qarşısına toplaşdılar - FOTO

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayan azərbaycanlıların yaratdığı Vaşinqton Azərbaycan Komitəsi 21 fevralda Ağ Evin qarşısında Dünya Ana Dili Günü münasibətilə aksiya keçirib. 

Sfera.az teleqraf.com-a istinadən bildirir ki, komitənin təmsilçisi Zaur Bayramlı qeyd edib ki, Vaşinqtonda yaşayan soydaşlarımızın qatıldğı aksiyada İran rejimi tərəfindən İİR-də yaşayan 40 milyon türkün ana dilindən istifadə hüquqlarının məhdudlaşdırılması pislənilib, "Ana dilində təhsil istəyirik", "Siyasi məhbuslara azadlıq" şüarları səsləndirilib. 

Havanın yağışlı olmasına baxmayaraq, aksiya 1 saatdan cox davam edib və ətrafda xeyli insanın toplaşmasına səbəb olub.
 


OXŞAR XƏBƏRLƏR