Həmkarlar İttifaqına yığılan vəsait şəhid ailələrinə yönəldilsin! - TƏKLİF

Həmkarlar İttifaqına yığılan vəsait şəhid ailələrinə yönəldilsin! - TƏKLİF
Azərbaycan Həmkarlar İttifaqına yığılan bir illik vəsaitin Vətən müharibəsi şəhidlərinin ailələrinin sosial problemlərinin həllinə yönəldilməsi təklif edilir. Bir çox vətəndaş sosial şəbəkələrdə bu barədə fikirlərini bölüşüb. 
 
Bəs bu reallaşdırıla bilərmi?

Bu barədə Sfera.az-a açıqlamasında ictimai-siyasi xadim Cümşüd Nuriyev təklifin dəyərləndirilə biləcəyini dedi:

"Normal təklifdir. Amma Həmkarlar İttifaqının belə addım atıb-atmayacağını deyə bilmərəm.  Hər halda belə bir addım atsalar, yaxşı olar. Bu qurum müəyyən mənada şəhidlərə kömək əlini uzada bilər. Prezidentin də elan etdiyi kimi şəhidlər, Qazilər, onların ailələri dövlət nəzarətində olacaq. Bu mənada inanmıram ki, dövlətin Həmkarlar İttifaqının vəsaitlərinə ehtiyacı olsun. Dövlətin bu məsələni həll etmək üçün kifayət qədər imkanları var”.

Həmsöhbətimizin fikrincə, bu məsələ ilə bağlı Qarabağın Dirçəlişi Fondu yaradılmalıdır: 

"Qarabağın Dirçəlişi Fondu yaradıla, bura yığılan vəsaitin  bir hissəsi hesabına şəhid ailələrinin, Qazilərimizin ev və digər sosial təminatlarını həll etmək üçün müəyyən yardımlar ayrıla bilər. Bu istiqamətdə addım atmaq daha rahatdır, nəinki Həmkarlar İttifaqının əlində olan vəsaitə bel bağlamaq”.

Elçin
Sfera.az

OXŞAR XƏBƏRLƏR