Həmkarına terrorçu deyən millət vəkilini parlamentdən belə qovdular – VİDEO
12:49 / 28.07.2021
1422
İsrail parlamentində (Knesset) fələstinliləri təmsil edən Birləşmiş Ərəb Siyahısı blokunun üzvü, millət vəkili Əhməd et-Teybi rəhbərlik etdiyi iclasda onu terrorçu adlandıran ifrat sağçı deputatı tribunadan qovub.
Sfera.az xəbər verir ki, İsrailin keçmiş baş naziri Benyamin Netanyahuya yaxınlığı ilə tanınan ifrat sağçı millət vəkili Itamar Ben-Qvir həmkarı Əhməd et-Teybini "Suriya parlamentinin üzvü olmalı olan terrorçu" adlandırıb.
Əhməd et-Teybi onu təhqir etməsi səbəbilə təhlükəsizlik əməkdaşlarından həmkarının iclasdan qovulmasını əmr edib.
Təhlükəsizlik qüvvələri tribunadan ayrılmaqdan imtina edən deputatı zor gücü ilə Knessetdən çıxartmağa məcbur olub.
İsrail mətbuatında yer alan xəbərlərdə Knesset iclasında yaşanan hadisə qeyri-adi olaraq xarakterizə edilib.
Əzizə Zeynal
Sfera.az