Həmcinsi ilə evləndiyi iddia edilən Səxavət Nur toyundan FOTOLAR paylaşdı
10:33 / 30.09.2021
863
Tanınmış teleaparıcı Səxavət Nur evlənib.
Sfera.az bildirir ki, bu barədə aparıcı özü paylaşım edib. O, ABŞ-da nikah masasına oturub. Öz toy məclisindən görüntüləri izləyiciləri ilə bölüşən Səxavət "Sən xoşbəxt olmağı arzulayırsan, çünki hələ yaşayırsan”, qısa şərhini də əlavə edib.
Qeyd edək ki, 42 yaşlı aparıcı ikinci dəfədir ailə həyatı qurur. Onun Bakıda birinci evlilikdən bir oğlu var.
Xatırladaq ki, ötən ay Səxavət Nurun yerli mediada həmcinsi ilə evlənməsi xəbərləri yayılmışdı. O, açıqlama verərək haqqında dolaşan şayiələri təkzib etmişdi.
Türkan
Sfera.az