Helikopter qəzasında şəhid olan Fərid Nağıyev dəfn edildi

Helikopter qəzasında şəhid olan Fərid Nağıyev dəfn edildi
Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində şəhid olan baş leytenant Fərid Nağıyev dəfn edilib.

Sfera.az "qafqazinfo”ya istinadən xəbər verir ki, F.Nağıyev ailəsinin istəyi ilə doğulduğu Beyləqan rayonunda dəfn edilib.

Dəfn mərasimində şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR