Helikopter qəzasına görə sığorta ödənişləri ediləcək

Helikopter qəzasına görə sığorta ödənişləri ediləcək
"Helikopter qəzasında həlak olmuş hərbi qulluqçuların vərəsələrinə və xəsarət almış hərbçilərə birdəfəlik sığorta ödənişləri ediləcək”.
 
Sfera.az xəbər verir ki, bunu mediaya açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev deyib.

O bildirib ki, birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesi "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun ilə tənzimlənir:
 
"Bildiyiniz kimi 30 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri "Qaraheybət” təlim meydanına eniş edərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, 2 hərbi qulluqçu isə yaralanıb. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq bildirmək istəyirik ki, sığorta sistemi bu kimi hadisələrdə sığorta ödənişi həyata keçirir. Bu proses "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun ilə tənzimlənir”.

İcraçı direktorun sözlərinə görə, birdəfəlik sığorta ödənişləri müxtəlif kateqoriyalar üzrə hesablanır:

"Müvafiq Qanuna görə, həqiqi hərbi xidmətdə həlak olması halında hərbi qulluqçunun vərəsəsinə 11 min manat, eyni zamanda orqanizmin funksiyasının 80-100% itirilməsinə görə 8800 manat, 60-80% itirilməsinə görə 6600 manat, 30-60% itirilməsinə görə isə 4400 manat, bununla yanaşı ağır xəsarət aldıqda 2750 manat, yüngül xəsarət aldıqda isə 550 manat sığorta ödənişinin həyata keçirilməsi nəzərdə tutulur.

Məlum helikopter qəzasında həlak olmuş 14 şəhidimizin vərəsəsinə 11 min manat birdəfəlik sığorta ödənişi həyata keçiriləcək və qəza nəticəsində yaralanan 2 hərbi qulluqçunun əlillik faizi və ya xəsarət dərəcəsi müəyyənləşən kimi onlar da bu birdəfəlik sığorta ödənişlərindən faydalana biləcəklər.

Qəzada həlak olmuş şəhidlərimizin vərəsələri və xəsarət almış hərbçilərimiz birdəfəlik sığorta ödənişlərini əldə etmək üçün ölüm və ya əllik, eyni zamanda xəsarət halını təsdiq edən sənədlərlə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin paytaxtda və regionlarda fəaliyyət göstərən filiallarına yaxınlaşa bilərlər”.

Elmar Mirsalayev onu da bildirib ki, 16 noyabr tarixdə Ermənistanın törətdiyi təxribat nəticəsində həlak olmuş hərbçilərin vərəsələrinə və yaralanmış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılıb: "16 noyabr tarixdə dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş vermiş döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu həlak olmuş, 10 hərbi qulluqçu isə yaralanmışdı. Həlak olmuş 7 hərbi qulluqçudan 2 hərbçinin vərəsəsinə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən birdəfəlik ödəniş həyata keçirilib. Digər 5 şəhidimizin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçu tərəfindən ödənişlə bağlı Şirkətə hələ müraciət daxil olmayıb. Onlar da eyni qaydada müraciət edərək birdəfəlik sığorta ödənişlərini əldə edə bilərlər”/Report.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan Quru Qoşunları komandanı general Qamar Caved Bacvaya və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ge...

Vəfat edən hərbçimizin son paylaşımı: “Çətindir yaşamaq...”

Xəbər verdiyimiz kimi, Yanvarın 27-də "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən 1995-ci il təvəllüdlü İsmayıllı Eşqin Etibar oğlunun meyit...

Sabahın hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında yanvarın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xi...

Zakir Fərəcov işə çıxmır? – Birinci müavindən açıqlama

Sumqayıt şəhər İcra Hakimiyyətinin icra başçısı Zakir Fərəcovun səhhətində ciddi problemlərin yarandığı barədə məlumatlar yayılıb. İddia olunur ki, icra başçısı...

Sosial sığorta ödənişlərinin verilməməsinin səbəbi AÇIQLANDI

Dövlət Məşğulluq Agentliyi sosial sığorta ödənişlərinin gecikməsinə aydınlıq gətirib. Sfera.az xəbər verir ki, Agentliyin İdarə heyəti sədrinin müavini Cə...

Ağdamda minaaxtaranlar üçün yeni mobil düşərgə salındı - FOTOLAR

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda agentliyin minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salıb. Sfera.az xəbər...