Helikopter qəzası haqda rəsmi məlumat niyə gec açıqlandı?

Helikopter qəzası haqda rəsmi məlumat niyə gec açıqlandı?
"Azərbaycanda dövlət səviyyəsində kommunikasiya məsələlərinə böyük əhəmiyyət verilir”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 30-da baş vermiş helikopter qəzası barədə rəsmi məlumatın gec açıqlanması barədə suala cavabında bildirib.

H. Hacıyev bildirib ki, ictimaiyyətin vaxtında operativ məlumatlandırılması istiqamətində zəruri səylər göstərilir: "Müharibə dövründə olan təcrübəmiz, Silahlı Qüvvələrin fəaliyyəti ilə əlaqədar məsələlərlə bağlı dövlət kommunikasiyasının həyata keçirilməsi tədbirlərinin təcrübəsi də bunu göstərir. Bəzi hallarda bu kimi hadisələr baş verdiyi təqdirdə müəyyən ciddi araşdırma, yoxlamalara ehtiyac olur. Ciddi araşdırmalar aparılaraq ictimaiyyətə səhih, dolğun məlumatlar verilməsi başlıca şərtlərdən biridir. Nəzərə almaq lazımdır ki, bu kimi hallarda insan həyatından danışırıq. Ailələrə doğru məlumat vermək lazımdır. Təəssüf edirəm ki, bəzən sosial şəbəkələrdə rəsmi məlumat gəlməmiş hansısa insanların adı verilir. Bu, ailələr üçün travma ola bilər. Bəlkə ad, təvəllüd düzgün verilməyib? Bəlkə də faciənin iştirakçısı olmayan insan haqqında məlumat verilib? Bunun ailələr üçün böyük travma ola biləcəyini nəzərə almalıyıq. Həm də ictimaiyyəti çaşdıra bilər. Bir tərəfdən başa düşürük ki, aidiyyəti qurumlar tərəfindən operativ kommunikasiyanın həyata keçirilməsi, ilkin məlumat formasında olsa da kommunikasiyanın təmin olunması vacib şərtdir. Digər tərəfdən, ictimaiyyət olaraq strateji səbir göstərməyimiz vacib hallardan biridir. Bu xüsusda qeyd etmək istəyirəm ki, Azərbaycan mediası tərəfindən peşəkarlıq göstərildi. Media tərəfindən dəqiqləşdirilməmiş məlumatların verilməsinin qarşısı alındı. Amma sosial media məkanında təəssüf ki, bunun şahidi olmadıq. Cəmiyyət olaraq, media məkanında fəaliyyət göstərən insanlar olaraq, bu məsələlərə maksimum həssas yanaşmamız vacibdir”.

Prezidentin köməkçisi helikopter qəzasında şəhid olan hərbçilərin ailələrinə bir daha başsağlığı verib.
 
(apa)

OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...