“Hələ də həlli vacib, ciddi məsələlər var” - Nazir
21:45 / 28.12.2021
1185
"Təhsil sistemi böyük olduğuna görə hələ də həlli vacib, ciddi məsələlər var, çoxdur, bunu danmırıq”.
Sfera.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində deyib.
"Bu məsələləri fərdlər, ayrı-ayrı adamlar üzərindən yox, mexanizmlərlə həll etməliyik. Mexanizmlərin tətbiqi bir adamın deyil, yüzlərlə, minlərlə adamın problemini eyni andfa həll edə bilər.
O mexanizmləri tətbiq etməsək, fərdi problemlər həmişə olacaq. Zamanımızı ancaq onları həll etməyə sərf edəcəyik”, - E.Əmrullayev qeyd edib.