Həlak olan hərbi qulluqçuların nəşinin müayinəsi başa çatıb

Həlak olan hərbi qulluqçuların nəşinin müayinəsi başa çatıb
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqo­nunda qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların nəşinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinəsi başa çatıb.

Sfera.az xəbər verir ki, cənazələr morqdan qaldırılıb.

Cənazələr vida mərasimin keçirilməsi üçün DSX-nin "Sərhədçi" İdman Kompleksinə aparılır. Mərasim bir qədər sonra başlayacaq.

Daha sonra cənazələr dəfn olunmaq üçün hərbi qulluqçuların ailələrinə təhvil veriləcək.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsi qazisi Amin Musayevə AĞIR İTKİ - FOTO

Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq əsir düşmüş, sonra isə geri qaytarılmış Vətən müharibəsi qazisi Amin Musayevə ağır itki üz verib. ...

Bakıda 17 yaşlı qız 9-cu mərtəbədən yıxılaraq öldü

Bakıda 17 yaşlı qız hündürmərtəbəli binadan yıxılaraq ölüb. Hadisə Yasamal rayonunda qeydə alınıb. 2005-ci il təvəllüdlü Nuriyeva Gülnigar Faiq qızı hündü...

“Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurdu, öldü

Salyan Rayon Prokurorluğu "Azərişıq” ASC-nin əməkdaşının ölümü ilə bağlı məlumat yayıb. Bu barədə prokurorluqdan Sfera.az-a məlumat verilib. "Yanvar...

Cüdo üzrə Azərbaycan yığmasında kütləvi yoluxma baş verdi

Qran-Pridə iştirak etmək üçün Portuqaliyanın Almada şəhərinə yollanan cüdo üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma halı baş verib. Sfera.a...

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, ...

Bakıda məşhur bankın müdiri vəfat etdi

Azərbaycanda tanınmış bankir vəfat edib. Sfera.az-ın Manset.az-a istinadən məlumata görə, «Muğanbank» ASC-nin Nərimanov rayon filialının müdiri  Rusl...