Həkimdən XƏBƏRDARLIQ: Uşaqlarda bu əlamətlər varsa...
20:00 / 03.01.2022
4846
Son həftələrdə kəskin respirator virus infeksiyaları (KRVİ) xüsusən uşaqlarda daha aqressiv gedişə malik olub, əksər hallarda sinusit, otit, qastro-entero-kolit və pnevmoniya xəstəlikləri ilə ağırlaşır.
Sfera.az xəbər verir ki, bu sözləri həkim-radioloq Aydın Əliyev deyib.
Həkim qeyd edib ki, uşaqlarda aşağıdakı əlamətlər müşahidə olunarsa, müalicəyə başlamaq lazımdır: "COVID-19 testi mənfi olub, fəqət KRVİ-nin biruzə verilmiş əlamətləri-hərarətin 38 dərəcədən yuxarı qalxması, qulaq ağrısı, biruzə verilmiş intoksikasion sindrom-ciddi halsızlıq, iştahasızlıq, öskürək, ürəkbulanma, qusma, diareya və s. oxşar əlamətlər varsa, vaxt itirmədən müalicəyə başlamaq məsləhətdir”.