HƏKİMDƏN ÇAĞIRIŞ: \"Virusun bitməməsi üçün çalışan çox güclü qüvvələr var\"

HƏKİMDƏN ÇAĞIRIŞ: \
"İndiki pandemiya olmasaydı, bu qədər şpris, bu qədər dərman, bu qədər tibbi avadanlıq, aparaturalar və s. satılacaqdımı? Kim idi məsələn D dimer, ferritin kimi az istifadə edilən analizlərin reagentlərini istifadə edən?”.

Bunu həkim reanimatoloq-anestezioloq Şahin Məmmədov "facebook" səhifəsində qeyd edib. Onun sözlərinə görə, COVID-19 virusunun müalicəsində istifadə edilən məhşur dərmanlar əvvəllər də var idi, amma yaxşı satış olmurdu.

"Vaksin istehsal edənlər üçün pandemiya çoxdan arzuladıqları, göydəndüşmə fürsətdir. Hər ölkə çoxsaylı süni tənəffüs aparatları, cpap maskalar, geyimlər almağa məcbur oldu və s.

Süd verən inəyi, bar verən ağacı kəsərlər heç? Pandemiyanın davam etməsi, bitməməsi təkcə böyük farmakoloji mafiyalara yox, bir çox sahədə çoxsaylı oliqarxlara sərf edir. Yəni virusun bitməməsi üçün çalışan çox güclü qüvvələr var. Onları COVID-19-un "daydayısı”, "krışası”, havadarları adlandırnaq olar. Vaxt var idi, ölkədə cəmi 50 nəfər COVID-lə xəstələnmişdi, ciddi qapanmalara gedilmişdi. İndi minlərlə infeksion xəstə var, vaksinasiyadan başqa heç bir tədbir görülmür.

Ona görə də siz yaxınlarınızı şəxsən özünüz qoruyun. Əhali sıx olan yerlərə getməyin, ara məsafəsini gözləməyə, gigiyenik qaydalara maksimum əməl etməyə çalışın”,-deyə azərbaycanlı həkim bildirib.

OXŞAR XƏBƏRLƏR

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

"Qırğızıstanla son 15 ildə ən zəif ticarət dövriyyəsi 2017-ci ildə olub".   Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldaniz A...

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera.az xəbər v...

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstanla bütün istiqamətlərdə əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...