Həkim-infeksionist: “Buster” doza xəstəni kəskin ağırlaşmalardan qoruyur

Həkim-infeksionist: “Buster” doza xəstəni kəskin ağırlaşmalardan qoruyur
Vaksinasiya nəticəsində orqanizmdə infeksiya əleyhinə anticisimlər yaranır. Ümumiyyətlə orqanizmdə hansısa virusa qarşı anticisimlər ya peyvəndləmə, ya da xəstəliyə yoluxma nəticəsində baş verir. Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya iki mərhələdən ibarətdir. Lakin risk qrupuna daxil olan şəxslərin "buster", yəni qüvvətləndirici doza ilə peyvəndlənməsi də məsləhətdir. "Buster" dozanın əsas məqsədi orqanizmdə koronavirus əleyhinə yaranmış anticisim sintezini sürətləndirməkdir. Qüvvətləndirici doza qanda anticisimlərin yüksək səviyyədə qalmasına təminat verir. Belə olan halda infeksiya ilə yoluxma ehtimalı azalır. "Buster" doza xüsusilə xəstələnən zaman xəstəni kəskin ağırlaşmalardan qoruyur. Ona görə də risk qrupuna daxil olan vətəndaşların koronavirus əleyhinə "buster" doza vurdurması mütəxəssislər tərəfindən tövsiyə edilir.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti Vüqar Cavadzadə COVID-19 virusu əleyhinə vaksinasiyanın əhəmiyyəti barədə danışarkən deyib.

Həkim-infeksionist bildirib ki, COVID-19 infeksiyasının risk qrupuna tibb işçiləri və ümumən kütləvi ictimai məkanlarda işləyənlər, yaşı 65-dən yuxarı olanlar, xroniki və ciddi yanaşı xəstəliklərdən əziyyət çəkənlər aiddir: "Yaşının az olmasına baxmayaraq, yanaşı xəstəlikləri olan vətəndaşlar da "buster" doza ilə peyvəndlənə bilərlər. Lakin nəzərə almaq lazımdır ki, "buster" doza vurdurmaq üçün mütəxəssis müayinəsindən keçmək lazımdır. Özümüzü və ətrafımızı qorumaq üçün vaksinasiyada aktiv iştirak etmək vacib şərtdir. Yalnız əhali arasında kütləvi immunitet formalaşdığı halda epidemioloji vəziyyət düzələ bilər".

Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 92 min 423, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 22 min 350, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 480 min 614 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 589 min 459 nəfər təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...