\"Həkim getdikdən sonra nişanlısına zəng vurub deyib ki…”- Deputat Şəkərdən danışdı

\
"Bu gün Milli Məclisin deputatları – Azər Badamov, Eldəniz Səlimov və mən Qusar rayonunun Xurel kəndinə getdik. Bir neçə gün əvvəl zəhərlənmədən dünyasını dəyişən Bakı Dövlət Universitetinin VI kurs tələbəsi Şəkər Faiq qızı Xasmətovanın yas mərasimində iştirak etdik, ailəsinə və yaxınlarına başsağlığı verdik”.

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə bir neçə gün əvvəl Bakı Dövlət Universitetində zəhərlənmədən dünyasını dəyişən tələbə qızın ailəsini ziyarət edərkən bildirib.
Deputat tələbə qızın arzusundan danışıb.

"Şəkər öz həmkəndlisinə nişanlı imiş, təcili yardım həkimi getdikdən sonra nişanlısı ilə telefonla danışır, başının ağrıdığını bildirir. Nişanlısı təcili Bakıya gəlmək istəsə də, Şəkər razı olmur. Şəkər universiteti bitirdikdən sonra ixtisası üzrə öz kəndlərindəki orta məktəbdə fizika müəllimi işləmək arzusunda imiş”.

Xatırladaq ki, noyabrın 20-dən 21-nə keçən gecə 20 yaşlı Şəkər Xasmətova BDU-nun yataqxanasında qidadan zəhərlənərək vəfat edib. Digər 2 otaq yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar, hazırda onların vəziyyəti qənaətbəxşdir.

Yeni Sabah

OXŞAR XƏBƏRLƏR

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...