Həftəsonu məhdudiyyətləri ilə bağlı taksilərin qiyməti artıb? - AÇIQLAMA

Həftəsonu məhdudiyyətləri ilə bağlı taksilərin qiyməti artıb? - AÇIQLAMA
"Xüsusi karantin rejiminin davam edəcəyi dekabrın 28-nə qədər fərqlənmə nişanı olan taksilər Bakıda heç bir məhdudiyyət olmadan fəaliyyət göstərə bilərlər".

Sfera.az bildirir ki, bunu "Report”a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, qanunvericiliyin tələbinə uyğun olaraq sənədləri qaydasında olan sürücülər də fərqlənmə nişanı almaq üçün BNA-ya müraciət edə bilərlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova isə bildirib ki, dekabrın 28-nə qədər rayon taksilərinə fərqlənmə nişanı verilməyəcək:
 
"Nazirlər Kabinetinin qərarına uyğun olaraq mart ayından etibarən şəhərlərarası və rayonlararası ictimai nəqliyyat fəaliyyət göstərmir. Qərarda giriş-çıxış yasağı göstərilən regionlara da taksilərin getməsi qadağandır. Bu tək həftəsonlarına aid deyil, həftənin bütün günlərinə aiddir. Amma son qərar bu oldu ki, dekabrın 28-nə qədər fərqlənmə nişanı olan taksi sürücüləri bütün regionlarda xidmət göstərə biləcəklər. Amma fürsətdən yararlanma halları ola bilər. Tutaq ki, ictimai nəqliyyat həftəsonları işləmir. İndiyə qədər qeyri-qanuni fəaliyyət göstərmiş taksi sürücüləri, avtonəqliyyat vasitələrinin sürücüləri istəyəcəklər ki, gəlsinlər fərqlənmə nişanı alsınlar. Çünki iznli taksilər fərqlənmə nişanlı taksilərdir. Onlarla bağlı da biz bildirdik ki, həmin şəxslər fərqlənmə nişanını dekabrın 28-nə qədər ala bilməyəcəklər. O şəxslərin fərqlənmə nişanı yenilənəcək ki, onlar mütəmadi fərqlənmə nişanı alıblar. Misal üçün, vaxtı bitib və dəyişir. Amma yeni almaq istəyənlərin müraciətinə baxılmayacaq”.

DANX sözçüsü hesab edir ki, təmsil etdiyi qurumun verdiyi bu qərar haqsız rəqabətə və qiymət artımına şərait yaratmayacaq: "Onsuz da qeyri-rəsmi taksi fəaliyyəti göstərənlər dövlət büdcəsindən yayınanlardır və qanuni taksi fəaliyyəti göstərməyən taksi xidməti göstərən vətəndaşlardır. Onlar istədikləri qiyməti qoyur. Əslində taksi ilə bağlı qiymət senzi yoxdur deyə, orda hansısa tarif yoxdur. Bu dəqiqə taksilərdə qiymətlə bağlı hər-hansı məsələdən danışmaq tez olar. Çünki marşrut xətlərində konkret tarif şurasının qiymətləridir, amma taksilərlə bağlı konkret qiymət yoxdur. Taksi sürücüsünə niyə qiymətləri qaldırırısan deməyə əsas verən hər-hansı qanunvericilik sənədi yoxdur. Təbii ki, ümumi nəzarət olunur ki, vətəndaşları onların alıcılıq qabiliyyəti nəzərə alınsın.

Pandemiya ilə bağlı olaraq məhdudlaşdırma o deməkdir ki, işə gedən vətəndaşın maşını yoxdursa, işə gedib-gələ bilsin. Bunun üçün rəsmi fəaliyyət göstərən taksilər kifayət qədərdir. Yəni qiymət artımından, inhisardan söhbət gedə bilməz. Amma digər sürücülər, hansı ki, indiyə qədər adam daşıyırdılar, qeyri-rəsmi fəaliyyət göstərirdilər, onların fərqlənmə nişanı almasına ona görə, icazə vermirik ki, bu sayı artırmayaq. Küçədə avtonəqliyyat vasitələrinin sayı artmasın. Amma digər avtonəqliyyat vasitələri, rəsmi taksilər kifayət qədərdir, hətta hesablamalarımıza görə, bu dəqiqə sərnişin axınını tənzimləmək üçün həddindən çoxdur”.

OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...