Həftəsonu çatdırma xidməti işləyəcək? - Narazılığa səbəb olan qərarla bağlı RƏSMİ AÇIQLAMA
Narazılığa səbəb olan qərarla bağlı artıq Hotellər və Restoranlar Assosiasiyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət ünvanlayıb.
Həftə sonları ictimai nəqliyyatın çalışmaması və bəzi məhdudiyyətlər səbəbi ilə şəhərdə insan sıxlığının olmadığını nəzərə alsaq, bu qərara dəyişiklik edilə bilərmi?
Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Vahid Əhmədovonlayn xidmətin ləğvinin əhali arasında narazılıq yaradacığını və bu xidmətin saxlanılmasının zəruri olduğunu bildirib:
"Bütün dünyada onlayn xidmətə icazə verilir. Çünki onlayn ticarətdə təmas olmadığı üçün elə bir ciddi problem yaranmır. Ona görə də bunu dayandırmağın tərəfdarı deyiləm. Üstəlik yaşlı, xəstə insanlar var ki, onlar üçün bu xidmətlər xüsusilə vacib ola bilər”.
TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış bu qərarın verilməsinin TƏBİB-in təklifi əsasında olmadığını qeyd edib:
"İstər "SMS icazə" istər ictimai nəqliyyatın çalışmamaması məsələsi TƏBİB-in səlahiyyətində deyil. Düzdür, biz də Operativ Qərargahın üzvüyük lakin qərarların verilməsi bizə aid olan məsələ deyil. Biz sadəcə olaraq yoluxma statistikasını, ümumi nəticəni təqdim edirik və Nazirlər Kabineti tərəfindən müvafiq qərar verilir".
Sfera.az
Əzizə Zeynal