Həftəsonları kafe və restoranlar işləyəcək? - Nazirlər Kabineti açıqladı
10:27 / 28.01.2021
1186
Azərbaycanda karantin rejimi çərçivəsində həftəsonları iaşə obyektlərinin və ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Eyni zamanda, yanvarın 25-dən ticarət obyektlərinə, fevralın 1-dən isə kafe və restoranların fəaliyyətinə icazə verilib.
Bəs bundan sonra həftəsonları restoranlar və digər iaşə obyektləri işləyəcəkmi?
Sfera.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, fevralın 1-dən sonra şənbə və bazar günləri ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək.
Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək.