Həftəsonları ictimai nəqliyyat fəaliyyət göstərəcək? - Operativ Qərargah AÇIQLADI

Cəmiyyət
10:50 / 16.01.2021
2748
Həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət qüvvədə saxlanılıb.
Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaq.
Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarında bildirilib.
Qeyd edək ki, Azərbaycanda karantin rejimi yanvarın 31-dək qüvvədədir.