Həftə sonları ictimai nəqliyyatın hərəkəti bərpa edilə bilər - BU TARİXDƏN

Həftə sonları ictimai nəqliyyatın hərəkəti bərpa edilə bilər - BU TARİXDƏN
 

Azərbacanda xüsusi karantin rejiminin başa çatmasına bir həftə qalmış (1 oktyabr) Avropanın bir çox ölkələri COVİD-19-un ikinci dalğası ilə üz-üzə qalıb. İngiltərə, İspaniya, Fransa, Almaniya, İtaliya, İsrail, Rusiya, Gürcüstan, Ermənistanda vəziyyət daha da kritik həddə doğru gedir. Sözügedən ölkələrdə epidemioloji vəziyyətin pisləşməsi, həmin ölkələrdə yoluxmaya qarşı qabaqlayıcı tədbirlərin yenidən sərtləşdirilməsi zərurətini ortaya çıxarıb. 

Belə bir məqamda Azərbaycan növbəti yumşalmaya gedəcək?

Bunu açıqlamasında koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan 1 Sayli Kliniki Tibbi Mərkəzin terapevti, Tibb elmləri namizədi Eldar Kamranov yumşalmaların gözlənildiyini bildirib:

"Dövlətin gördüyü bütün tədbirlər sayəsində bizim respublikada vəziyyət Allaha şükür ki, qənaətbəxşdir. Baxmayaraq ki, təsadüfən birdən hardasa 5-3 nəfər koronavirusa yoluxduğu ocaq aşkarlanır və həmin dəqiqə də o ocaq lokallaşdırılaraq həmin adamlar ciddi nəzarətə götürülür, virusun yayılmağına imkan verilmir".

Gündəlik yoluxmada 100, 100-ün üstündə rəqəmlər göstərilir. Belə götürəndə bizdə 60-70 rayon var, o rəqəmlər elə bir ciddi rəqəm deyil. Ola bilsin ki, vəziyyətə uyğun dövlət yumşalmaya getsin. Ancaq yəqin ki, Allah eləməmiş bu rəqəmlər artmağa başlasa dövlət həmin dəqiqə müəyyən tədbirlər görmək məcburiyyətində qalacaq. O cümlədən səhiyyə sahəsindəki qabaqlayıcı tədbirlər ki, var, dövlət onu kifayət qədər aparıb. Yəni biz onlara hazırıq, xəstəxanalarımız da hazırdır, texniki avadanlıqlarımız da hazırdır, tibbi ləvazimatlarımız, dərman preparatlarımız da hazırdır, modul tipli xəstəxanalarımız var, nə qədər çarpayılarımız var. Artıq bu sistem işləyir. 

Əgər epidemioloji vəziyyət ayın sonuna kimi belə kontrolda qalarsa, yenidən yumşalmaya gedilə bilər və həftə sonları ictimai nəqliyyatın hərəkətinə icazə verilə bilər və icazə verilməsi də daha yaxşı olar. Çünki müəyyən müəssisələr də işləməlidir, o sahədə çalışan adamlar da maaş almalıdırlar, pul qazanmalıdırlar, ailələrinə çörək pulu aparmalıdırlar. Ancaq dünyada qəbul olunmuş bir şey var da, hər bir idarədə, xüsusilə məktəblərdə, yas və toy mərasimlərində sosial məsafə mütləq gözlənilməlidir.  400-ə icazə vermə, qoy 70 nəfərlə, 50 nəfərlə toy etsin. Vəziyyət kontrolda saxlanılarsa toyların da keçirilməsinə bu qaydalarla icazə verilməsinin mümkün olduğunu düşünürəm. Belə mümkün olar.  

 

Dünyanın bir sıra ölkələrində deyirlər ki, hələ biz uzun müddət maska ilə yaşayacağıq. Yəni, əsas şərt nədir? Maska ilə yaşamaq, sosial məsafəni və şəxsi gigiyena qaydalarını çox ciddi gözləmək şərti ilə mənə elə gəlir ki, yumşalmalara getmək olar.

Oktyabr, noyabr aylarında bizim ölkə üçün hər şey (Yoluxma sayında artımın olub-olmaması) aydın olacaq. İlin bu soyuq aylarında tək koronavirus yox, digər virusların da artma ehtimalı gözlənilir. Yoluxmada artım olmasa dövlət yumşalmalara gedə bilər. Amma mütləq maskadan istifadə, sosial məsafəni və şəxsi gigiyena qaydalarını gözləmək lazımdır. Bizdə ən təhlükəli yerlər məktəblərdir, uşaq bağçalarıdır, metro stansiyalarıdır, avtobuslardır. 

Mən marketlərə gedirəm, görürəm ki, son vaxtlar çox az adam maska taxır. Bu, çox ziyanımıza ola bilər. Amma bu vaxta kimi biz dövlətin qayğısı nəticəsində kritik vəziyyətə düşmədik".

(milli.az)

OXŞAR XƏBƏRLƏR

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat...

Milli Məclisin iclası BAŞLADI - 14 məsələ MÜZAKİRƏ EDİLİR 

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələ daxil edilib. ...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...